Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HƏYATIN DİBİNDƏKİ QADIN

  (sənədli povest)

 

Teymurun İzzət kişinin evindən əliboş, özü də suyu süzülə- süzülə çıxıb getməsindən iki gün keçməmiş ki, Nazilənin qonşu kənddə yaşayan dayısı Həsən müəllimin qəfil gəlişi İzzətlə Gülüsümü təəccübləndirdiyi kimi Naziləni də düşündürdü. Çünki, birdən- ikidən Həsən müəllim onların qapısını açıb hal- əhvalarını soruşmazdı. Soyuq adamdı. Nazilənin dörd uşağının olduğunu belə bilmirdi. Sadəcə bilirdi ki, Nazilə ərlidi, özü də Bakıda yaşayır. Elə ona görə də onun gözlənilmədən İzzətin qapısını açması hamını düşündürməyə başladı. Izzət kişi ürəyində öz- özünə sual verdi:

-Xeyir ola, Həsən müəllimdən çıxmayan iş bizi yad edib? Görəsən bu qəfil gəlişi nəylə bağlıdır?

  İzzət qaynının nə üçün gəldiyini özlüyündə müəyyənləşdirə bilməyib:- Əşş gəlib, gəlib də, insandı bəlkə dolaşıq işi var, pul- para lazımdı. Bəlkə də yönü bu tərəflərə düşübmüş, deyib ki, elə gəlmişəm gedim bir bacıma da baş çəkim. Bu kimi düşüncələrin əlində əsir- yesir qalan İzzət kişi bayaqdan həyətdə ayaq üstə bacısıyla danışan Həsən müəllimə:

-Ay Həsən müəllim, ayaqüstə niyə durmusan, gəl içəri keçək,- deyə yeznəsinin qolundan tutub içəri dəvət elədi.

  Qaynının gəlişi haqqında daxilində müxtəlif fikirlər səsləndirən İzzətdən fərqli olaraq Nazilənin ağlına heç kimin ağlına gəlməyən bir fikir gəldi. Həsən müəllim minnətə gəlib. Özü də Teymurun yalvar yaxarı ilə. Nazildə buna tam əmin idi.

  Həsən müəllimin təntənəli qarşılanma mərasimi başa çatan kimi Nazilə tələsik həyətdəki samovarı təmiz bulaq suyuyla doldurub od saldı. Axı dayısı uzaq yol gəlib, yəqin ki, yorulub. Özü də yaşlı adamdır. Onun rahatlanması, canındakı yorğunluğu çıxarmaq üçün samovar çayı əvəzsizdir.

  Çox keçmədi samovar qaynadı və Nazilə özünə məxsus heç kimin cay dəmləməsinə bənzəməyən bir çay dəmlədi. İzzət kişinin ailəsi başqaları kimi qazda çay qaynadıb içmirdi. Səhər, günorta, axşam samovar çayı içirdi. Onlarda bu artıq adət halını almışdı. Nazilənin armudu stəkanlarda süfrəyə gətirdiyi samovar çayının dadı, tamı fərqli idi. Ona görə ki, Nazilə çay dəmləyəndə dəmçaynikinin içinə təgcə qara çay atmamışdı: kəklikotu, çobanyastığı, irburnu və daha nələr- nələr... Son vaxtlar bu ailə demək olar ki, qara çaydan bir elə də istifadə etmirdilər. Çünki indiki çaylar çay yox, boya idi. Bir damcı atan kimi qapqara olurdu. Elə buna görə də onlar meşədən yığdıqları ətirli və dadlı otlardan dəmlənən çaylar içirdilər.

  Həsən müəllim çaydan isti- isti bir qurtum içdi və dodağını marçıldada- marçıldada Nazilədən soruşdu:

 -A qızım, bu çayın içinə nə atmısan ki, belə dadlıdır?

- Bizim dağların möcüzəli otlarını, çiçəklərini atmışam dayı, ona görə dadlıdır,- deyə Nazilə dayısının sualını cavablandırdı.

  Həsən müəllim bacısı qızının dəmlədiyi, ətrindən, tamından doymadığı çaydan bir neçə stəkan içdi, özünü cavan oğlan kimi hiss elədi. Üzünü Naziləyə tutub heç nədən xəbəri yoxmuş kimi soruşdu:

-A qızım, bayaqdan başım qarışıb samovar çayına, heç soruşmuram nə var, nə yox, uşaqların necədilər? Teymur nəylə məşğuldur, işi- gücü varmı? Qabaqkı vaxt deyil. İndi iş məsələsi yaman çətinləşib, işsizlik də getdikcə artır. Bu gün balaca bir iş tapıb ailəsini dolandıran kişi əsil qəhrəmandır, igiddir. Nə isə... sən də yəqin ki, İzzətlə Gülüsümə baş çəkməyə gəlmisən? Nazilədən cavab almadan söhbətinə davam elədi:- Yaxşı eləmisən, valideyinlərə baş çəkmək, onları yoluxmaq ovladların müqəddəq borcudur. Sən də ki, maşallah göz dəyməsin bu sahədə bütün uşaqları qabaqlamısan.

  Həsən müəllim çox danışdı, Naziləni çox təriflədi, çox da sorğu- suala tutdu. Yavaş- yavaş gəlişinin məqsədini büruzə verməyə başladı. Lakin bu sualların cavabını bacısı qızından ala bilmədi. Ala bilmədiyi sualların cavabını bacısı Gülüsüm verdi, özü də günahkar- günahkar:

  • Eh, ay Həsən, xəbərin yoxdur. İzzətlə birlikdə gül kimi balamızı qurumuş əlimizlə oda salıb məhv eləmişik. O da illərdir ki, gözümüz baxa- baxa yanıb kül olur.

Həsən müəllim hələ də özünü heç nədən xəbərsiz kimi aparırdı.Ona görə də dərdli- dərdli sözə başlayan bacısından soruşdu:

  • Nə olub ay Gülüsüm? Dediyindən bir şey qanmadım,- deyə özünü bilməməzliyə qoydu. Gülüsüm istədi qardaşına “özünü az tülkülüyə qoy ay Həsən, güya Nazlının bu illərdə çəkdiyi əzab- əziyyətdə sənin rolun yoxdu?” desin. Amma demədi. Necə də olsa böyük qardaşdı- ata əvəzidir, ağsaqqaldır. Bu onun tərəfindən ədəbsizlik, hörmətsizlik olar.

-Niyə qanmadın a Həsən, güya bu işdə sənin heç bir günahın zadın yoxdu hə?- deyə sərt şəkildə qardaşından soruşdu.

 Bu yerdə Nazilə özünü saxlaya bilmədi.Bomba kimi partladı, nə partladı:

-Həsən müəllim. Nazilə qəsddən Həsən müəllimə dayı deyə müraciət etmədi. Ona görə ki, ondan bu illərdə dayılıq yox, yadlıq, uzaqlıq görmüşdü. Qarşısındakı bu yaşlı kişini tənqid eləməyə, hətta söyməyə, biədəb söz deməyə belə hazır idi. Kinayə ilə:

-Çox hörmətli Həsən müəllim, özünü elə aparırsan ki, güya mənim həyatımın zəhərə, ağıya dönməsində sənin zərrə qədər xidmətin, payın yoxdur? Keçən bu iyirmi ildə azmı məni danlayıb, başıma ağıl qoyub o cəhənnəmə- Teymurun xarabasına göndərməmisən? Nazilə səsini bir az da qaldırıb:- Bu gün özünü mələk sifətində göstərirsən. Hamınız bir bezin qırağısınız. Üçünüz də mənə görə ən ağır cəza çəkəcək canisiniz. Çünki, mənim bu hala düşməmdə hər birinizin bir ömür yaddan çıxmaz, unudulmaz xidmətiniz var. Nazilə dayısına qarşı daha sərt şəkildə dedi:

-Çəkinmədən, xəcalət belə çəkmədən bir gəlib soruşursan ki, xeyir ola kəndə gəlməkdə? Güya bilmirsən? Bəs sən xeyir ola? Qoy deyim:- Sən Teymurun xahişi ilə bura gəlmisən. Məyər sən ikidən birdən anama başçəkənsən?

 Nazilə illərlə yerin təkində yatan vulkan idi, bu gün püskürmüşdü. Qabağına keçəni süpürüb aparmaq. Yandırmaq gücündə idi. Illərlə ürəyində üst- üstə yğılıb qalmış onu ölümə sürükləyən kini- küdrəti, qəzəbi bunların üstünə boşaltmaq istəyirdi. Və boşaldırdı da. Bayaqdan qəzəbdən əsib- coşan Nazilənin içindəki kin- küdrət yavaş- yavaş boşalırdı. Doğmalarının çınqırlarını belə çıxarmadan başlarını yerə dikmələri Naziləni daha da coşdururdu. O, indi kinayəyə keçmişdi:

      -Hörmətli Həsən müəllim, mənə elə gəlir ki, keçən bu illər ərzində mənim yox, meşədə ayının dayısı olmusan. Bilmirəm necə olur ki, illərlə dopdoğmaca bacın qızının ayaqlar altına atılmış ismətini, namusunu, mənliyini, insanlığını müdafiə etməkdənsə, onu iyirmi ildir hər gün yox, hər saat aşağılayan, yeddi arxa dönənini söyən, işgəncə verən bir vəhşini, insan adına ləkə gətirən birisini müdafiə edirsən. Bir də Həsən müəllim, sən aktyor yox, müəllimsən, kənd camaatının dediyinə görə pis müəllim də deyilsən, amma pis insansan, pis dayısan. Bu gün özünü bir əsərin müsbət obrazını oynamaq istədin. Ancaq bu rolun alınmadı. Bildiyin kimi mən o sahənin adamıyam, azdan- çoxdan başım çıxır. Dörd il təhsil almışam. Çox yaxşı bilirəm ki, sən bura boşuna gəlməmisən. Sənin illərlə qapısını açıb hal- əhval tutmadığın bacın, mənim atam bilməsə də mən dəqiq bilirəm sənin bura nə üçün gəldiyini. Səni o şərəfsiz, namussuz, qeyrətsiz Teymur minnətə göndərib. Amma boşuna zəhmət çəkmisən Həsən müəllim. Mən o xarabaya qayıdası deyiləm. Daha bəsdir. Bu günə kimi sizin ucbatınızdan Tanrının insan bilib mənə verdiyi ömrümü sizin çürük və kif iyi verən adətlərinizə qurban elədim. Artıq yorulmuşam, tükənmişəm, kiməsə, nəyəsə də veriləcək bir şeyim qalmayıb.

  Nazilə bir anlıq danışığına ara verdi. Qıcıqlanan boğazını artladı və yenidən sözünə davam elədi:

-Sən Həsən müəllim, razı olardınmı ki, mən yaşayan həyatı sənin yeganə qızın Solmaz yaşasın? Yox, qətiyyən razı olmazdın. Hətta qatı düşmənin olan atanın qızına da rəva görməzdin. Bəs mənə niyə rəva gördün? Axı mən sənin doğmaca bacın qızıyam.

  Həsən müəllimdən səs çıxmadı. Çıxmazdı da, ona görə ki, bacısı qızı nə qədər acı olsa da həqiqəti deyirdi. Dayısının dinmədiyini görən Nazilə sözünə davam elədi:

-Görürəm cavab verə bilmirsən. Təbii ki, heç vaxt razı olmazdın. Əsiri, köləsi olduğun, çürümüş, kiflənmiş adət- ənənəyə belə tüpürərdin. Mən heç qatı və əbədi düşmənimiz olan erməninin balasına da mən yaşayan həyatı arzulamazdım. Bəs sizlər- atam, anam, sən və daha kimlər- kimlər bunu mənə rəva görürsünüz?! Bəlkə mən sizdən deyiləm, düşməndən də betər biriyəm? Hansısa Aşotun belindən gəlmişəm, Siranuşun qarnından çıxmışam? İzzət atam, Gülüsüm anam, Sən Həsən müəllim də dayım deyilsən? Əyər belədirsə, onda düz eləyirsiniz. Mənim umu- küsü eləməyə, inciməyə haqqım yoxdur. Onların istər kişisi, istərsə də qadını hər zaman Azərbaycanlılara qarşı qəddar və əzazil olublar, qocamızı, cavanımızı, uşağımızı öldürüb onların qanını içiblər. Siz də məni onlardan bilin və doymadan qanımı için.

  Bu yerdə Gülüsüm arvad özünü saxlaya bilmədi. Ağlaya- ağlaya qızının boynuna sarıldı:

-Elə demə qızım, o nə sözdü deyirsən? Sən bizim doğma və əziz balımızsan. Ağlına gələni də danışma.

 Nazilə anasının onu qolları arasına almağından bir istilik hiss etmədi. Əksinə üşiyən kimi oldu. Anasının qollarını boynundan aralayıb:

-Əgər doğurdan da sən deyən kimidirsə, bəs onda mənə qarşı illərlə göstərdiyiniz soyuqluq, biganəlik nədən irəli gəlir?- deyə anasından soruşdu.

  Nazilənin haqlı sualına heç kim cavab vermədi. Bir də ki, nə cavab verəydilər.Bu gün onu dilə gətirib təkrar eləmək onlar üçün də ağır idi.

  Həyatda bəzən insan getdiyi yolun sonunda işığın işartısının belə olmadığını bilə- bilə o yolu gedir, zülmət qaranlığa düşür və çıxmağa da çalışmır. O qədər qaranlıqda qalıb ona öyrəşir ki, axırda da olur kor. Izzətlə Gülüsüm də köhnə adət-ənənənin qaranlığına düşüb kor olublar. Buna baxmayaraq heç vaxt işığı görmək arzusunda olmayıblar. Və beləcə korluqlarından bir insan taleyini məhv ediblər.

  İstər Həsən müəllim, istərsə də İzzətlə Gülüsüm Nazilənin bu formada danışacağını heç gözləmirdilər.Doğurdan da həyatda olan haqsızlıqlar, qəddarlıqlar Nazilənin tamam sərtləşdirmiş, onu mütilikdən mübarizliyə çevirmişdi. Bu gün artıq Nazilə mübariz və üsyankar bir qadın təsiri bağışlayırdı. Bundan sonra onun haqqını əlindən almaq olmaz. Əgər buna kimsə cəhd eləsə onu aslan kimi parçalayar.

  Nazilənin üsyankar çıxışından sonra Həsən müəllimin ondan nəyisə xahiş etməyə cəsarəti çatmadı. Ağrımaz başına dəsmal bağlamaq istəmədi. Amma gec də olsa ürəyindən keçənləri Naziləyə deməyi özünə borc bildi:

-Qızım, istər atan İzzətin, anan Gülüsümün, istərsədə mənim sən barədə böyük və bağışlanmaz səhvlərimiz, günahlarımız olub. Hər dəfə sən küsüb gələndə geri qaytarmışıq. İyrəndiyin, bezdiyin, yaşamaq istəmədiyin həyatı zorla sənə yaşatmışıq. Həyatda insan üçün bundan ağır və üzücü cəza yoxdur. Amma sən onu çəkmisən. Özü də biz üçümüzün ucbatından. Gec də olsa gərək buna görə bizi bağışlayasan. Mənim də bura nəyə görə gəlməyimi düz dedin. Mən səni təkrar ailənə dönməyinə razı salmağa gəlmişdim. Teymurun yalvar- yaxar xahişi ilə. Bu gün mənə aydın oldu ki, biz nə qədər günahlar, haqsızlıqlar, səhvlər eləmişik. Qızım Nazilə, günahkar ona görə deyirəm ki, istəmədiyin. Iyrəndiyin bir həyatı sənə zorla yaşatmışıq. Bu biz tərəfdən sənə elədiyimiz ən böyük günahdı. Bəlkə də Allah buna görə nə vaxtsa bizim cəzamızı verəcək.

  Həsən müəllim ehtiraf monoloqunu bitirib ayağa durdu. İzzət kişi:

-Həsən müəllim, xeyir ola, niyə qalxdın?

-Gecdir yeznə, artıq qaş qaralır. Biz tərəfə maşın olacaq, olmayacaq, onu da bilinmirəm? Di salamat qalın.

Həsən müəllim hamıyla xudahafizləşib yola çıxdı.

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam