Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

HƏYATIN DİBİNDƏKİ QADIN

 (sənədli povest)

İzzət kişi dediyi kimi də elədi. Uşaqları aparıb atalarına təhvil verdi. Teymur uşaqlarını izzət kişidən təhvil alanda heç nə demədi, heç başını qaldırıb qaynatasının üzünə belə baxmadı.

Oxuculara elə gəlməsin ki, Teymur işlətdiyi suça, günaha görə İzzət kişinin üzünə baxa bilmirdi, yox, bu qətiyyən belə deyildi. Ta uşaqlıqdan Teymurda utanmaq, çəkinmək, tutduğu pis əmələ görə xəcalət çəkmək, peşman olmaq kimi insani keyfiyyətlər, hissilər heç olmamışdı. İndi bunları ondan gözləmək düşüncəsizlikdən, dəlilikdən başqa bir şey deyil. Baba nəvələrinin hər biriylə ayrıayrılıqda görüşüb həyətdən çıxdı.

 Uşaqları Teymurun yanına göndərdikdən sonra nazilə özünü tamam tənha hiss etməyə başladı. Bütün günü tək- tənha evlərinin yaxınlığındakı meşədə gəzib- dolaşırdı. Təbiət, gözəllik aşiqi olan Nazilə indi gözəllik içində idi. Amma bu gözəlliyi, əsrarəngizliyi görəsi halda deyildi. Sanki cansız bir varlıq idi. Onu da kimsə gətirib meşəyə atmışdı.

 Son vaxtlar qızının qalquzaq kimi meşədə, çayın qırağında tək- tənha gəzməsi İzzət kişini bərk qorxuya salmışdı. O, qızının havalanmasından qorxurdu. Şayət, Allah eləməsin, Nazilə havalanıb çöllərə düşsəydi camaat İzzət kişini nəinki öz doğma kəndində, həmidə bütün rayonda barmaqla göstərib deyəcəkdilər ki, nakişi İzzət doğmaca qızına sahib çıxmadı, o da axırda çöllərə düşüb dəli oldu. İzzət kişi elin bu qınağından yaman qorxurdu. Ona görə də Gülüsümü yanına çağrıb yalvarırmış kimi dedi:

-Arvad, sən atan Mürşüdün goru, Nazilənin ayağını çöllərdən yığışdır. Kənd içində biabır olduq. Hərənin ağzından bir avaz gəlir, dost var. düşmən var. Allah eləməmiş, dilim- ağzım qurusun, birdən meşədə qurda- quşa rast gələr, çaya düşüb axar. Ondan sonra neyləyərik, camaatın içinə necə çıxarıq?

 - Ay kişi, Nazilənin qara taleyi bir ana kimi məni səndən də çox narahat edir. Ancaq neyləyim, çox demişəm ki, a bala, çöllərdən yığıl, ayıbdır. Məni eşitmək belə istəmir. Bir də, ay İzzət, biz ancaq özümüzü düşünürük, kənddə adımıza söz çıxmağında qorxuruq. Nazilənin yerinə kim olsaydı o da belə edərdi. Biz ona olmazın haqsızlıqlarını eləmişik. Yadımdadı onda heç uşaqları da olmamışdı. Teymurun onu qaçırmağından heç bir ay keçməmişdi. Ayaqlarımıza düşüb yalvarırdı, imdad diləyirdi. Mən Teymurla yaşaya bilmirəm, zindandayam. Nə olar məni bu zindandan qurtarın, boğuluram havam çatmır. Amma biz ağzından vurub geri qaytardıq. Arvadın ər evindən dirisi yox, ölüsü çıxar dedik. Gül kimi balamızı köhnəliyin, xurafatın qurbanı elədik. Hətta hər ikimizin- sənin həkim, mənim də müəllim olduğumuzu belə unutduq. Öz əlimizlə Naziləni yanar ocağın içinə atdıq. Bu gün həmin odun içində yanıb gül olan balamıza qurumuş əlimizi... bu yerdə Gülüsüm arvadı qəhər boğdu, sözünün ardını deyə bilmədi, hönkürtüylə ağlamağa başladı. Göz yaşları yanaqlarından süzülməyə başladı. Başındakı yaylığın ucuyla yaşlarını silə- silə ərinə və özünə qarğış eləməyə başladı:

-Qurumuş əlimizi uzadıb onu xilas etməyə çalışırıq. Amma o bizdən o qədər incik düşüb ki, kömək üçün uzatdığımız əlimizdən də tutmaq istəmir. O,bir dəfəlik yanıb kül olmaq istəyir. Gülüsüm illərlə ürəyinin başına yığılmış dərdi gec də olsa boşaldıb yüngülləşmək istəyirdi. Lakin bu dərd bir ömür danışılsa belə boşalan, azalan deyildi. Bunun günahkarı başqası yox, özü və əri İzzət idi. Əsasən, görmüşük ki, bala dara düşəndə, köməyə ehtiyacı olanda birinci ata- anasına müraciət edir, onlardan kömək umur. Amma İzzətlə Gülüsüm balalarına kömək edən, əl yetirən valideyin deyildilər. Onlar köhnə adət- ənələrin başı aşağı müti qulları idilər. Nazilə kimi bütün- əqrabanın sevimlisi, əzizi olan bir qızın həyatını köhnə adət- ənənələrə qürban vermişdilər. Dəfələrlə döyülüb, söyülüb, təhqir olunub ata qapısına gələn Nazilənin sinəsindən itələyib geri- ər evinə qaytarmışdılar. Ər evi- gor evi demişdilər. Yəni qadın ər evindən ancaq gör evinə gedər. Ata evinə dönüş mümkünsüzdür.

- Eldən ayıpdır, adətimiz, ənənəmiz var, ərin hər hər kəlməsindən, hər hərəkətindən küsüb iki gündən bir ata evinə gəlməzlər. Get uşaqlarını başına yığ, damının altında ol,- demişdilər.

 Nazilə bir dəfə də olsun valideyinlərinə deməmişdi ki, Teymurla aramızda olan münasibət heç də siz düşünən kimi deyil. Tamam fərqlidir. Əgər doğurdan da siz düşünən kimi olsaydı, nə vardı! Canım cəhənnəm başımı aşağı salıb yaşayardım, ta həftə səkkiz mən doqquz yanınıza gəlməzdim. Nə olardı bircə dəfə Teymurun məni söydüyünü, döydüyünü, aşağıladığını görərdiniz. Bax, onda öz əllərinizlə onu boğub öldürərdiniz. Qorux- qadağadan belə qorxmazdınız. Allah Teymuru insan cilidində yaratsa da Teymur insan deyil, vəhşidir, yırtıcıdır, daha nə bilim nədir, amma insan deyil. Əgər normal insan olsaydı halal ömür- gün yoldaşını hər gün, vaxt- bivaxt zorlamazdı. O,bunu ehtiyacını ödəmək, zövq almaq üçün eləmirdi. Onun məqsədi mənə əzab vermək, qisas almaq (amma nəyin qisasını?!), aşağılamaq idi.

 Nazilə nə qədər ismətsiz, abırsız olaydı ki, Teymurun bu qeyri- insani hərəkətlərini, davranışlarını ata- anasına deyəydi.

 Nazilə hara gedirdi Alabaş da onunla gedirdi. Az vaxtda, aralarında möhkəm və səmimi dostluq yaranmışdı. Alabaş Nazilədən bir an da olsun ayrılmırdı. İtdəki sədaqəti, dostluğu görən Nazilə Hitlerin məşhur bir kəlamını tez- tez xatırlayırdı: heyvanlarla ünsiyyət qurandan sonra insanlara nifrət edirəm. Naziləyə görə, bəşəriyyəti qan içində çalxalayan bir insan cəlladı olan Hitler necə də düz deyirmiş. Nazilə də onun kimi insanlara nifrət edirdi. Bu nifrəti onun qəlbində Teymur yaratmışdı. Ona görə də hamıdan uzaqlaşıb itlə gəzirdi.

 Nazilənin küsüb ata evinə gəlməyindən bir neçə ay keçmişdi. Amma ərindən, uşaqlarından bir xəbəri yox idi. Heç özü də maraqlanmırdı. Çünki ürəyi hamıdan sınmışdı. Ürək də şüşə kimi bir şeydi, sındı onu bitişdirmək çox çətindir. Tutalım cəhd edib bitişdirdin, nə olsun ondan qabaqkı sevgini, səmimiyyəti, hörməti görə bilməzsən. Alabaşla birlikdə gəzməkdən yorulub əldən düşməsinə baxmayaraq, Nazilənin bu gün əhvalı çox yaxşı idi. Sadiq dostu Alabaşla haralarda gəzməmişdi? Hətta meşənin dərinliyində çağlayan daşlı bulaqdan da gedib su içmişdi. Özü də diz qoyub. Yaş torpaq dizini üşütmüş, içdiyi şəffaf, buz kimi su dişini göynətmişdi. Buna baxmayaraq, zövq almışdı.Geri dönəndə isə bu qucaq çiçək toplamışdı.

 Alabaş qabaqda, Nazilə isə arxada açıq qapıdan həyətə girdilər. Nazilə həyətdəki köhnə mizin arxasında tək- tənha oturan Teymuru görüb bir anlıq şaşıran kimi oldu. Salamsız- kalamsız Teymurun yanından saymazyana keçmək istəyəndə Teymur:

-Ay Nazilə, niyə mənə salam verib, xoş gəldin demirsən?- deyə giley elədi.

- Axı sən mənim üçün kimsən ki, mənə sənə salam verəm, xoş gəldin deyəm, hə?- Nazilə üzünü görmək istəmədiyi, nifrət etdiyi Teymura sual verdi.

 Teymur özünə də, dilinə də süni görkəm verib, yumuşaq səslə:

-Necə kiməm? Səni dəlicəsinə sevən, ayrılığına dözə bilməyən ərin, uşaqlarının atası.

  Nazilə əsəbi tonda:

-Yox, Teymur, yox. Artıq sən mənim üçün heç kim və heç nəsən. Sən kimlər üçünsə adam, insan ola bilərsən, amma mənim üçün insan, adam yox, yırtıcı bir canavarsan,- dedi və qətiyyətlə:

-Niyə gəlmisən?

Teymur özünə yazıq görkəm verib:

-Axı mən də, uşaqlar da sənsiz çox darıxmışıq. Uşaqlar elə hər gün anamız nə vaxt gələcək?- deyib məndən soruşurlar. Mən də başımı aşağı salıb susuram, heç nə deyə bilmirəm. Nə olar, qayıt evimizə. Canıma and içirəm ki, bundan sonra səninlə yaxşı davranacam, hər arzu- istəyini yerinə yetirəcəm. İnandırım səni, sən mənə çor desən, mən can deyəcəm. Uşaqların paltarları aylardır yuyulmur. Üç aydır Aynurun saçına daraq dəymir, belə getsə uşağı bit- birə basacaq. Bunlar məni bir ata kimi ağrıdır. Nə olar keç günahımdan, balalarının yanına qayıt. Nə qələt elədiyimi bilməmişəm. Bir də elə şey olmaz. İzzət dayıyla da, Gülüsüm xalayla da danışmışam. Onlar bir söz demirlər. Son qərar sənindir. Yalvarıram, daşı ətəyindən tök, çıxaq gedək. Uşaqlara söz vermişəm ki, ananızı mütləq gətirəcəm. Sənsiz onların yanına necə dönüm?

-Onu özün bilərsən, mənlik deyil. Qulaqlarını aç və yaxşı- yaxşı eşit, indən sonra mənim sən adda ərim, sənin də mən adda arvadın yoxdur. Bundan sonra mən bir də o xarabaya dönəsi deyiləm. Çıx get, axşam düşür. Sənin burda qalmağın mümkün deyil. Dünyasında mən ona yol vermərəm!- deyib Nazilə evə girdi.

 Bayaqdan ata- anası pəncərədən onların danışıqlarının nəylə qurtaracağını müşahidə edirdilər. Nazilənin əsəbi halda içəri tək girməsindən nəticə məlum idi. O, qətiyyət göstərirdi. Sözünün üstündən söz demək olmazdı.

 Nazilənin yola gəlməməsi Teymuru məcbur elədi ki, ertəykən şəhərə dönsün. Teymurun tələsik həyət qapısından çıxması hər üçünün eyni vaxtda dərindən ah çəkməsiylə bitdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam