Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə ordusu Suriyaya girdi

 

Türkiyə hərbi bölmələri Süleyman şah türbəsini mühafizə etmək məqsədilə Suriya ərazisinə daxil olublar. 

"xeberinfo.com":Bu barədə  Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.

Hərbi bölmələrin sayı açıqlanmır.

Söhbət Türkiyə ilə sərhəddən təxminən 30 km məsafədə yerləşən Suriya ərazisindəki kiçik anklavdan gedir. Fərat çayının sahilindəki bir hektara yaxın ərazidə məzarlıq kompleksi yerləşir.

Bu ərazidə Osmanlı imperiyasının banisi I Osmanın babası Süleyman şahın (1178-1227-ci illər) məzarı yerləşir. 1921-ci ildə Türkiyə ilə həmin dövrdə Suriyanı işğal etmiş Fransa arasında imzalanmış Ankara müqaviləsinə əsasən, türbə Türkiyənin suveren ərazisi hesab edilir. 

1946-cı ildə Fransa işğalından azad olan Suriya hökuməti həmin əraziyə münasibətdə Türkiyənin suverenliyini rəsmən tanıyıb. Bu gün kompleksin ərazisini 30-a yaxın türk əsgər qoruyur.

Hazırda türbənin yerləşdiyi kənd "Əl-Qaidə" ilə əlaqəli olan "İraq və Levanta islam dövləti" qruplaşmasından olan yaraqlıların əlinə keçib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Suriyada öz ərazisini müdafiə etməyə hazır olduğunu bəyan etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam