Dünyada 1 milyon 150 mindən çox insan yeni növ koronavirus (COVID-19) pandmeiyası ilə mübarizədə qalib gəlib.
Yenixeber.org: “COVID-19” olan ölkələrdə və bölgələrdə yeni hallar haqqında məlumatların toplandığı “Worldometer” saytına istinadən xəbər verir ki, dünyada koronavirus pandemiyasına yoluxmuş 1 milyon 150 min 497 nəfər bu xəstəlikdən tamamilə sağalıb.
Ən çox xəstələrinin yaxşılaşdığı ölkələr sırasıyla ABŞ (178 min 235), İspaniya (148 min 558), Almaniya (130 min 600), İtaliya (81 min 654), İran (78 min 422), Çin (77 min 713), Türkiyə ( 63 min 151) və Fransa (50 min 784) və s.
Qeyd edək ki, koronavirus epidemiyası keçən ilin dekabrında Çində meydana gəlib və qısa zamanda 210-dan çox ölkəyə yayılaraq pandemiyaya çevrilib. Dünyada yoluxanların sayı 3 milyon 553 min 313-ə çatsa da, 247 min 466 nəfər virus səbəbindən həyatını itirib.