Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

PUTİNƏ ETİBAR ETMƏK OLARMI?

 

“Ehtiyatlılıq və bir də ehtiyatlılıq. Keçən ilin sentyabrında əldə edilmiş birinci Minsk razılaşmasından məyus qalmış Avropa dövlətləri uzun müzakirələrdən sonra Fransua Olland və Anqela Merkelin br neçə gün müəssər oduqları atəşkəs müqaviləsinə olan skeptik münasibətlərini gizlətmirlər”.

"Xeberinfo.com":  Məlumata görə,  bu fikirlər Fransanın məhşur “Le Figaro” qəzetində dərc olunan “Avropa Birliyi Minsk razılaşmasına ehtiyatla yanaşır” başlıqlı məqalədə yer alıb.
2av“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir: “Kremllə diplomatik qarşıdurmada iştirak etməmiş İngiltərə baş naziri Devid Kameron Brüsseldə keçirilən Avropa Birliyi sammitti zamanı ümumi mənzərəni belə təsvir edib: ”Əgər bu əsl sülhdürsə, onda daha yaxşı. Lakin əməllər kağızdakı sözlərdən daha çox şey ifadə edir.Artıq, nəhayət, Vladimir Putin anlamalıdır ki, o, öz münasibətini dəyişməsə, sanksiyalar heç yerə getməyəcək”

Donald Tusk

Donald Tusk

Şərqi Avropa liderləri hesab edirlər ki, yaxın zamanlarda hərb və sülh məsələsi separatçıların deyil, Kremlin mövqeyindən asılı olacaq. Avropa Birliyi şurasının sədri Donald Tusk məsələ ilə əlaqadər bidirib: ”Bu məsələdə təkcə ümüdlə kifayətlənmək olmaz. Əsas odur ki, hadisə yerində razılşma şərtlərinə rəayət edilsin”.
Onun fikirinə görə, önümüzdəki günlərdə hadisələrin necə cəryan etməsindən, təkcə Ukarynanın gələcək taleyi asılı deyil, həm də Vladimir Putinə etibar etməyin nə dərəcədə mümkün olduğu anlaşılacaq.
Litvanın prezidenti Dalya Qribauskayte razılaşmanın dayanıqsız olması ilə bağlı öz narahatlığını bildirib. Belə ki, Minskdəki razılaşmada əsas problemlərdən biri olan Rusiya –Ukrayna sərhəddinə Kiyev tərəfindən necə nəzarət olunacağı sualına cavab verilməyib.

Dalya Qribauskayte

Dalya Qribauskayte

Həmin məsələyə toxunan D.Qribauskayte deyib:”Bu o deməkir ki, sərhədd istənilən hərbi hərəkətlər üçün açıqdır. Anqela Merkel bacardığını edib, ancaq hər halda razılaşma çox kövrəkdir. Müvəffəqiyyət təcavüzkarın, yəni, Rusiyanın tərəfindədir.”
Minsk danışıqlarının baş tutmaması nəticəsində Avropa Birliyi təcili sürətdə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların üçüncü dalğasını işə salmağa məcbur qalacaqdı . Eyni zamanda kəskin polemika mövzusu olan Ukraynaya silah göndərilməsi məsələsini həyata keçirilməsinə qərar veriləcəkdi. Bunlar isə hadisələri daha da mürəkəbləşdirə bilərdi.
14Minskdə əldə olunan razılaşma isə hər halda müvəqqəti olsa da, bütün mübahisələri söndürüb. Moskvaya qarşı mərhəmətli davranmaqda ittiham edilən və buna görə ciddi tənqid atəşinə tutulan Avropa diplomatiyasının rəhbəriFederika Moqerininin fikrinə görə, Minskdə imzalanmış razılaşma bu istiqamətdə atılmış ilk addımdır.
Rusiyaya qarşı sanksiyaların götürülmə məsələsinə isə yalnız hadisələrin gedişinə görə, mart ayında baxıla bilər. Avropa ölkələrinin bu sanksiyalrın uzadılması məsələsində hələ xeyli əvvəldən razılığa gəldiyini nəzərə alsaq, bunun baş verəcəyi az inandırıcı görünür”.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam