Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Alimlər koronavirusun asqırmaq yolu ilə yayılmasını görüntüləyiblər - VİDEO


Koronavirus (COVID-19) pandemiyasına görə bir çox ölkədə insanlar arasında sosial məsafə 1,5-2 metr müəyyən edilsə də, bunun heç də yetərli olmadığı ortaya çıxıb.

Yenixeber.org: Massaçusets Texnologiya Universitetinin alimi COVID-19-un asqırma yolu ilə neçə metrəyədək yayıldığını araşdırıb.

Riyaziyyatçı və hindrodinamika üzrə mütəxəssis Lidiya Buruyba yüksəksürətli kamera vasitəsilə öskürən və asqıranları videoya çəkib. Videoya saçılan aerozoldakı tüpürcək və bəlğəm damcılarının havada nə qədər qaldığı düşüb.

L.Buruyba araşdırmanın sonucunu “Journal of the American Medical Association”da (Amerika Tibb Assosiasiya jurnalı) nəşr edilmiş sərt başlıqlı “Turbulent qaz buludları və respirator patogen emissiyalar” məqaləsində açıqlayıb.

Alim araşdırmasında koronavirusların yayılmasının mürəkkəb turbulent prosesini təsvir edib. Nəticədə burun və ağızdan çıxan damcı sürətinin 10-30 m/s-də olduğu məlum olub.

“Daily Mail”ə görə, L.Buruybanın araşdırmasından bu sonucları çıxarmaq olar: viruslarla dolu qaz buludları yetərincə yığcam formada 8 metrəyədək sıçraya bilər.

Başqa sözlərlə, 8 metrəyədək asqıran şəxs, məsələn, uzun sırada 2 metr məsafə saxlayan 4 nəfəri yoluxdura bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam