Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Putini durdurmaq üçün NATO hərəkətə keçməlidir"

 

“Moskvanın növbəti hədəfi NATO üzvü olan ölkələr- Estoniya və Latviya ola bilər”

Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində ləng hərəkət edir. Həmçinin Moskvanın Ukraynanın şərqində növbəti hücumlarına reaksiya verməyə tələsmir”.

"Xeberinfo.com":  Məlumata görə, bu fikirlər ABŞ-ın “The Wasington Post” qəzetində işıq üzü görən “Rusiyanın təcavüzünü dayandırmaq üçün Ukraynaya silah yardımı etmək lazımdır” başlıqlı yazıda yer alıb.
“AzPolitika.info”nun məlumatına görə, yazıda daha sonra bildirilir: “ABŞ və Avropanın gördüyü tədbirlər az təsirlidir. Hər halda Rusiya prezidenti Vladimir Putinin hərəkətləri həmin iqtisadi təzyiqləri hiss etmədiyini göstərir. Belə ki, Putin gərginliyi artırmaq istiqamətində fəaliyyətini davam etdirir. O daha da irəli gedərək, Ukraynanın şərqinə yüzlərlə müasir tank, artileriya qurğuları və zenit-raket kompleksləri göndərməklə separatçıların nəzarətində olan əraziləri genişləndirmək istəyir”.
Yazıda qeyd olunur ki, bunun qarşısını almaq üçün Qərb tərəfindən yeni iqtisadi tədbirlərin həyata keçirilməsi vacibdir: “Hansı ki, bu tədbirlər Putinin hərəkətlərinə təsir göstərərək, perespektivdə onun rejimini zəiflətsin. Ancaq bundan əvvəl ABŞ və Avropa Birliyi Ukraynaya qarşı Rusiya tərəfindən davam etdirilən hərbi təcavüzü və Putinin gözlənilən avantüralarını dayandırmalıdır. Bunun açıq şəkildə cavabı Ukrayna ordusuna yalnız birbaşa hərbi yardımın göndərilməsidir”.
55Məqalədıə daha sonra bildirilir ki, vaxtilə Ağ Ev adminstrasiyasında çalışmış məmurların birlikdə hazırladıqları yeni məruzədə Ukraynaya hansı yardımın göndərilməsi və həmin köməyin nə üçün lazım olmasını qeyd edilib: “Ukrayna ordusunun T-80 tanklarına qarşı lazımı qədər tank əleyhinə silahı yoxdur. Ukraynada mövcud olan texnikanın 70%-i isə hədsiz köhnəldiyi üçün işə yaramır. Digər tərəfdən isə Ukrayna ordusunun itkilərinin 70%-i əks tərəfin açdığı artileriya və raket atəşıinin heabına baş verir.
Ancaq buna baxmayaraq Ukraynaın əlində atəş mənbələrinin yerini dəqiləşdirmək üçün gərəkli olan mobil radiolokasiya stansiyaları yoxdur.
1NAAT PUTHəmin məruzənin müəlliflərindən olan ABŞ müdafiə nazirinin keçmiş müavini Mişel Flurnay, ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder və “Brukinqs İnstitutu”nun prezidenti Stroub Talbot tövsiyyə edirlər ki, Ağ Ev gecikmədən 2015-ci il üçün Ukraynaya bir milyard dollar həcmində, sonrakı iki il üçün isə daha iki milyard dollarlıq hərbi yardım göstərməlidir. Onlar bildirirlər ki, ABŞ-ın göndərəcəyi hərbi yardımlar Böyük Britaniya, Polşa kimi digər NATO ölkələrinin də gələcəkdə Ukraynaya hərbi yardım etməsinin yolunu aça bilər”.
Məqaldə o da qeyd edilir ki, Ukraynanın demokratik höküməti də daxil olmaqla heç kim Rusiyaya qarşı müharibədə Kiyevin qalib gələcəyinə inanmır: “Lakin müdafiə xarakterli silahlar Putinin hücumunun qarşısını elə bir səviyyədə alar ki, Rusiyanın çəkdiyi məsrəflər xeyli arta bilər. Belə olan təqdirdə isə Moskva dayanmağa məcbur olacaq. Rusyalılar keçən il Krımın ilhaq olunmasını müdafiə etsələr də, onlar şərqi Ukraynadakı hərbi müdaxilənin və vətəndaşlarının döyüşlərdə öldürülməsinin əleyhinədirlər”.

1OBPIMəqalədə vurğulanır ki, Ağ Ev rəhbərliyi və bir çox Avropa nümayəndələri Ukraynaya göndəriləcək silah yardımının Putinutini təxribata çəkə biləcəyindən və bunun nəticəsində onun hücumları daha da aktivləşdirməsindən ehtiyat edirlər: “Amma hərbi cavab görməyən Rusiya durmadan öz təcavüzünü artırmaqla məşğuldur. Həmin məruzədə deyilir: ”Əgər ABŞ və NATO Ukraynanı lazımı şəkildə müdafiə etməsə, onda Moskva bundan belə bir nəticə çıxaracaq ki, onun son illərdə istifadə etdiyi taktika işə yarayıb. Və bu hərəkətləri digər yerlərdə də davam etdirmək mümkündür. Bu digər yerlər isə NATO üzvü olan ölkələr- Estoniya və Latviya ola bilər”. Prezident Barak Obama Ukrayna böhranı boyunca dəfələrlə Kremlə öz ləyaqətini itirmədən Qərblə münasibətlərin bərpasına getməyi və tutduğu yoldan çəkilməyi təklif edib. Ancaq Putin qalib gəlməyə cəhd göstərir. O, hesab edir ki, NATO-ya qarşı müharibə, soyuq müharibədən sonra Avropada yaranmış mövcud nizamı pozacaq. Rusiya prezidenti yalnız apardığı siyasətin məsrəflərinin onun rejimi üçün hədsiz dərəcədə böyük olduğunu görəndən sonra dayanacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam