Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Obama Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

\

 

 

Rusiya müdafiə nazirinin təyyarəsi Polşaya buraxılmadı; Ukraynanın NATO-ya üzvlüyü gündəmə gəldi

Ukraynada vəziyyət gərgin olaraq qalır. Dünən səhər saatlarından Rusiya tanklarının Mariupol şəhərinin təxminən iyirmi kilometrliyində qərarlaşıblar. Onlar döyüş hazırlığındadır və Ukraynanın içərilərinə doğru hücuma keçmək üçün əmr gözləyirlər. Sözügedən ərazidə 60-a yaxın Rusiya tankı qeydə alınıb.
Qarşı tərəfin bütün əməliyyat gedişlərini diqqətdə saxladıqlarını deyən Ukrayna kəşfiyyatının yaydığı məlumata görə, Mariupol şəhəri ilə yanaşı, Novoazovski də təhlükə altındadır.

Merkel Poroşenkoya dəstək vəd etdi

Ukrayna prezidenti Petro Poroşenko Almaniya kansleri Angela Merkellə telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti və münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər. Prezident Poroşenko Almaniya kanslerini beynəlxalq arenada Ukraynaya dəstək verməyə çağırıb. Angela Merkel də öz növbəsində Ukrayna prezidentini əmin edib ki, avqustun 30-da Avropa Şurasının növbəti toplantısında Almaniya məsələ ilə əlaqədar atılacaq addımları birmənalı şəkildə dəstəkləyəcək.

Ukrayna prezidenti ABŞ-a çağırıldı

ABŞ prezidenti Barak Obama isə Pyotr Poroşenkonu Ağ Evə dəvət edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Eyni zamanda, Barak Obama Ukraynada son günlər yaşanan olaylara münasibət bildirib. ABŞ prezidenti Rusiyaya beynəlxalq təzyiqlərin artmasının vacibliyini vurğulayıb.
“Ukrayna böhranını həll etmək üçün hərb variantını düşünmürük. Biz beynəlxalq aləmin Rusiyaya təzyiqləri artırmasını istəyirik”, - deyə Obama bildirib.
Obamanın dediklərindən o da məlum olub ki, ABŞ prezidenti Almaniya kansleri Angela Merkellə də Ukrayna məsələsini müzakirə edib. Obamanın sözlərinə görə, onların hər ikisi Ukraynadakı böhranın Rusiyanın ucbatından baş verdiyini düşünürlər.
“Rusiya ”Soyuq müharibə" dönəmindən bəri heç vaxt bu dərəcədə dünyadan təcrid olunmamışdı. Ukrayna hadisələri ölkənin daxilində baş vermir. Rusiya havadarlıq etdiyi qüvvələrə silah, canlı qüvvə verməklə bu ölkənin sabitliyini pozur. Bunun da nəticəsi olaraq, ABŞ, Avropa Birliyi və beynəlxalq tərəfdaşların tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün Rusiya təcrid olunub. Rusiyanın Ukraynaya müdaxiləsi bu ölkənin daha da təcrid olunması ilə nəticələnəcək", - deyə Obama qeyd edib.

Kiyevdə Rusiya səfirliyinin əməkdaşları tutuldu

Rusiya Xarici Işlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, rəsmi Kiyevi beynəlxalq konvensiyalara riayət etməyə çağırıb: “Diplomatik pasport təqdim etmələrinə baxmayaraq, onlar kafedən çıxarkən uydurma əsasla saxlanlıblar. Guya, üstlərində qumbara olub. Biz səfirlik əməkdaşlarının dərhal azad olunmasını tələb edirik”.
Bundan başqa, Polşa Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Slovakiyadan qayıdan “Tu-154" tipli təyyarəsini öz hava məkanına buraxmayıb. Bu barədə ”RIA Novosti"nin yaydığı məlumatda bildirilir ki, təyyarə havaya qalxandan sonra pilotlara Polşanın təyyarəni öz hava məkanına buraxmaması haqda məlumat çatdırılıb. Bu səbəbdən təyyarə Bratislavaya enmək məcburiyyətində qalıb.

NATO rus qoşunlarının peyk görüntüsünü yaydı

NATO-nun baş katibi Anders Foq Rasmussen də Rusiyanı Ukraynaya birbaşa hərbi müdaxilədə ittiham edib. Rasmussen Rusiya ordusu və hərbi texnikalarının qanunsuz olaraq Ukrayna ərazisinə girdiyini və bu ölkənin suverenliyinin pozulduğunu bildirib. Onun sözlərinə görə, Moskva Ukraynanın şərqindəki separatçılara, tank və artileriya qurğuları göndərir.
Rasmussen həmçinin qeyd edib ki, Ukrayna təhlükəsizliyini qorumaq üçün NATO-ya qoşula bilər.
NATO eyni zamanda, seperatçılara dəstək vermək üçün Ukraynaya girən rus qoşunlarının peyk görüntülərini yayıb.
NATO-nun nümayəndəsi Niko Taks mindən çox seperatçının Ukraynada döyüşdüyünü açıqlayıb və bunun ardınca görüntülər ortaya qoyulub. Onun sözlərinə görə, NATO-nun bu görüntülərində hava hücumundan müdafiə silahları, top, tank və zirehli texnika daşıyıcıları əks olunur və bu silahlar Ukrayna torpaqlarında rus silahlarının olduğunu sübut edir.
NATO rəsmisinin sözlərinə görə, vəziyyət Ukraynanın lehinə olsa da, Rusiya döyüşü separatçıların xeyrinə dəyişməyə çalışır.

Ukraynanın tək hədəfi Avropa Ittifaqına üzvlükdür

Bu arada, Ukrayna hökuməti Avropa Ittifaqı və NATO-ya üzvlük kursunun yenilənməsi ilə bağlı qanun qəbul etməyə hazırlaşır. Bu barədə hökumətin iclasında baş nazir Arseniy Yatsenyuk məlumat verib. O bildirib ki, Ukrayna Nazirlər Kabineti neytrallıq statusunun ləğvi və NATO-ya üzvlük kursunun yenilənməsi barədə qanun layihəsinini Ali Radaya təqdim etməyə hazırlaşır.
Yatsenyukun sözlərinə görə, NATO-un müdafiəsi olmadan Rusiyaya qarşı durmaq çətin olacaq: “Xarici siyasətdə Ukraynanın tək hədəfi Avropa Ittifaqına üzvlüyün əldə edilməsidir. Bu qanun layihəsi Ukrayna dövlətinə istənilən başqa iqtisadi, siyasi və ya hərbi ittifaqlara üzvlük haqqında qərar qəbul etməyi qadağan edir. Bu qanun Ukraynaya Avrasiya Ittifaqına, həm də bu cür başqa ittifaqlara daxil olmağı qadağan edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam