Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

“ABŞ agentlərinin başını kəsməliyik”




BBC News-un müxbiri Mark Lowen Türkiyənin cənubunda 13 yaşlı bir yeniyetmə ilə tanış olub.
  "Xeberinfo.com": O, təlim keçir ki, İslam Dövləti yaraqlılarına qoşulsun. Suriyada anadan olan bu oğlan adının “Abu Hattab” olmasını istəyir. O, keçən il radikal Şam əl-İslam təşkilatına qoşulub.

   Onun təlimi nədən ibarətdir? O, hər gün şəriəti və silahlardan istifadə etməyi öyrənirdi. İndi isə bütün gününü İnternetdə keçirir, cihadçı videoları izləyir. Facebookda cihadçılarla təmasdadır.

    Müxbir soruşur ki, o, niyə cihadçılara qoşulmaq istəyir? Abu Hattab deyib ki, “Mən İslam Dövləti təşkilatını xoşlayıram, çünki onlar Şəriət qaydaları tətbiq edirlər və kafirləri, sünni olmayanları və islamdan dönənləri öldürürlər”.

O deyir: “İslam Dövləti təşkilatının öldürdükləri Amerika agentləridir. Biz onların başını kəsməliyik”.

Müxbir soruşub ki, o, uşaqlıq illərini başqa əyləncələrə sərf etmək istəyirmi?
Abu Hattab deyir: “Mən dostlarımla əylənməyə getmək istəmirəm. Allah bizə işləməyi və gələcək həyat – cənnət üçün vuruşmağı buyurub. Əvvəllər mən parka və ya dəniz kənarına gedirdim”.

Müxbir Abu Hattabın anası Fatima ilə də danışıb. Fatimanın vaxtının çoxu Quran oxumaqla keçir. O deyir ki, oğlunun İslam Dövləti təşkilatına qoşulmasında heç vaxt təkid etməyib. Ancaq düşünür ki, İslam Dövləti təşkilatı Suriya xalqına köməyə gəlib.
Müxbir soruşub ki, oğlunun müharibəyə getməsinə necə baxır?

Fatima deyir ki, əgər Abu Hattabın özü vuruşmaq istəyirsə, o, bunun qarşısını necə ala bilər?

Fatima əlavə edir: “Müharibə dövründə uşaqlar tez böyüyür. Mən istəyirəm ki, o, gələcək lider olsun, əmir olsun”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam