Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Prezident milyarderləri yanında saxlamaq üçün qanun qəbul etdi

 

putin1

“Rotenberq Qanunu” ideologiyaya deyil də, tək şəxsə bağlı olan sistemlərin, siyasi loyallığın pulla alınmasının çox yaxşı xülasəsidir”.

  "Xeberinfo.com": Bu açıqlama ilə REAL hərəkatının İcra katibi Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.

O, Rusiyada bir neçə milyarderin ciddi oyunçu ola biləcəyini söyləyib: “Rusiyada “Rotenberq Qanunu” adlı qanun 1-ci oxunuşda qəbul olunub. Qanunun məğzi odur ki, Qərb sanksiyalarına görə oliqarxların, Putinə yaxın insanların itirdiklərini büdcə hesabına Rusiya hökuməti qaytaracaq. Bu qanun ideologiyaya deyil də, tək şəxsə bağlı olan sistemlərin, siyasi loyalliğın pulla alınmasının çox yaxşı bir nümunəsidir. Prezident Putinin ətrafında olan oliqarxların hamısı siyasi loyallıqları və ona qarşı göstərdikləri ciddi dəstəyi məhz qazandığı vəsaitin miqdarına görə edirdilər. Sanksiyalar nəticəsində oliqarxların maliyyə durumuna və şirkətlərin vəziyyətinə ciddi ziyan dəyib. Dəymiş ziyana görə loyallığın özünü büruzə verməsi, yəni onların Kremlə qarşı loyallığının üzdə qalması üçün heç bir əsas qalmır. Kremlin və Putinin qorxduğu əsas məsələ budur. Ona görə də dövlət büdcəsinin vəziyyətinin ağır olmasına, neftin qiymətinin aşağı düşməsinə, rublun devalvasiyaya getməsinə baxmayaraq, Putin hakimiyyəti sözügedən loyallığı saxlamaq üçün oliqarxların ziyanlarını müəyyən miqdarda ödəməyi düşünür. Çünki, Rusiya kimi böyük dövlətdə milyardlarla vəsaiti olan bir neçə nəfər ciddi oyunçu sabah siyasi loyallıq göstərməsə, qısa müddət ərzində böyük gücə çevrilə, bu da ölkədə ciddi müxalif hərəkatın yaranması ilə nəticələnə bilər”.

İqtisadçı bu qanunla Putinin oliqarxları ətrafında saxlamağa çalışdığını deyib:

“Putini həmin insanların dəstəkləməsinin əsasında şəxsi qazanc və tutduqları mövqe durur. Bu mövqe əldən getdikdə, qazanclar azaldıqda və yaxud sanksiyalara görə xaricdəki yatırımlarına ciddi təhdid yarandıqda, artıq o loyallığın üzdə qalmasına əsas olmur. Məhz buna görə də sanksiyalara məruz qalanlara müəyyən kompensasiyalar veriləcək ki, Putin özünə qarşı olan loyallığı axıra qədər saxlaya bilsin. Əks təqdirdə, çox ciddi müxalif hərəkat yarana bilər. Çox güman ki, Putin bu qanunu qəbul etməklə həmin oliqarxların ətrafında qalmasına, sona qədər onu müdafiə etməsinə çalışacaq. Rusiyanın hazırkı durumuna nəzərən bu addım dövlət büdcəsinə, iqtisadiyyata daha dərin problemlər gətirəcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam