Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putindən sensasion yasaq

5nbİnternetlə bağlı qəbul edilən yeni qanun ölkə əhalisini şoka salıb

"Xeberinfo.com":Rusiyada qəbul edilən yeni internet qanununa əsasən sosial şəbəkələr “qara siyahı”ya salına bilər.
ANS PRESS-in məlumatına görə, Rusiyada qəbul edilən internet qanunu ən çox istifadə edilən sosial şəbəkələrə¬ zərbə vura bilər. Belə ki, yeni qanun ölkədə senzuranın gətiriləcəyini göstərir.
Yüksək vəzifəli nümayəndələrdən biri bu qanunla, “Facebook” və “Twitter” sosial şəbəkə saytlarının, eləcə də “Gmail” e-poçt xidməti servisinin bağlana biləcəyini açıqlayıb.

Rusiya Federasiyası prezidenti Vladimr Putin təsdiqlədiyi yeni qanun çərçivəsində hər üç şirkətə yanvar ayına qədər Rusiyanın rabitə və informasiya texnologiyalarının izlənməsi qurumuna müraciət etmələri üçün vaxt verib.

Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində məsələ ilə bağlı açıqlama verən “Roskomnadzor”un sədr müavini Maksim Ksenov internet yasaqlarını belə dəyərləndirib: “Twitter, Facebook və Gmail qərar verməlidir. Hökumət onları ölkədən çıxarmaq istəyir və imzalanmış qanunu həyata keçirmək fikrindədir”.

“GMail” və “Twitter” məsələ ilə bağlı açıqlama vermək istəməyib, “Facebook” isə ümumiyyətlə bu yöndə olan sorğuları cavablandırmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam