Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şərqi Quta Bəşər Əsədin nəzarətinə keçir

 

Şərqi Quta Bəşər Əsədin nəzarətinə keçir

 

Suriya hökumət qüvvələri 2013-cü ildən mühasirədə saxlanılan Şərqi Qutan bölgəsini tam nəzarət altına alır

Yenixeber.org:  Suriyada hökumətyönümlü "Al-Vatan" qəzeti Rusiya hərbçiləri və müxaliflər arasında aparılan danışıqlar nəticəsində bu gün Şərqi Qutadakı Duma şəhərinin evakuasiya planı ilə bağlı razılıq əldə edildiyi barədə məlumat yayıb.

Razılaşmaya əsasən, mülki şəxslər və müxalif döyüşçülər mühasirədə olan Duma şəhərindən maneəsiz çıxa bilər. Ancaq müxaliflər ağır silahları şəhərdə qoymalıdırlar. Müxaliflərə Suriyanın şimalına, hazırda müxalif Azad Suriya Ordusunun nəzarətində olan ərazilərə getməyə icazə verilib.

Beləliklə, Duma şəhərindən sonra Şərqi Quta regionu tamamilə Suriya ordusunun nəzarəti altına keçəcək. Şərqi Quta Dəməşqə yaxın region olduğu üçün strateji və simvolik əhəmiyyətə malik olub.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr bu il fevralın ortalarından başlayaraq Rusiya hərbi aviasiyasının dəstəyi ilə Şərqi Quta bölgəsinə hücuma başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam