Ankara sammitində yeni regional ittifaqın yaranması ilğımdır –Üçtərəfli görüşdə Suriyaya dair siyasi həll tapılmayıb - TƏHLİL
Leonid İsayev
“Əl-Cəzirə”
Aprelin 4-də Həsən Ruhani, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Ankarada üçtərəfli zirvə toplantısına qatılıb. Görüşün gündəliyi Suriya böhranı idi – üç liderin 2016-cı ildən etibarən həll etməyə çalışdığı problem.
Yenixeber.org: Ankarada liderlər iki həftə əvvəl Qazaxıstan paytaxtı Astanada xarici işlər nazirləri tərəfindən toxunulan məsələləri müzakirə etməyə davam edib. Onlar həmin danışıqları yekunlaşdırıb və Suriyadakı mövcud hərbi və humanitar vəziyyətlə yanaşı, münaqişənin siyasi həlli perspektivlərini müzakirə ediblər.
Suriyadakı gərginlik bölgələrinin gələcəyi
Üç liderin gündəmindəki əsas məqam Şərqi Qutada baş verən hadisələr kontekstində xüsusilə vacib olan bir məsələ idi – hərbisizləşdirilən zonaların gələcəyi.
Rusiya, Türkiyə və İran ötən ilin sentyabr ayında Astanada keçirilən danışıqların 6-cı raundunda Suriyada başlanğıcda altı aylıq dövr üçün dörd hərbisizləşdirilən zonanın yaradılması barədə razılığa gəlib. Dörd bölgəyə Şərqi Quta və İdlib, Hums, Latakiya, Hələp və Hama əyalətləri daxil idi.
Bu razılaşmanın etibarlılığı bu ilin mart ayında rəsmən sona çatdığına görə üç lider zonaların davamlılığının məqsədəuyğunluğu barədə qərar verməli idi.
De-fakto hərbisizləşdirilən zonaların yaradılması bir il əvvəl Astana prosesinin başlanğıcından bəri İran, Türkiyə və Rusiyanın razılaşdığı (yeganə) məsələ idi. Ancaq bu mexanizm mövcudluğunun ilk altı ayında tam səmərəsizliyini nümayiş etdirib.
Suriyanın cənubunda və Hums əyalətində hərəkətsizlik təmin olunub, lakin bu sahələrdə döyüşlərin dayandırılması hərbisizləşdirilən zonalarla bağlı razılaşmadan əvvəl başlayıb. İdlib və Şərqi Quta əyalətlərində hərbisizləşdirilən zonaların yaradılması döyüşlərin dayandırılmasına gətirib çıxarmayıb.
Bundan asılı olmayaraq, İran, Türkiyə və Rusiyanın liderləri altı aylıq müddətin uzadılması və zonalarını genişləndirəcəklərini açıq şəkildə bildiriblər. Qərar bölgələrin effektivliyini ilk növbədə, Suriya xalqının deyil, öz maraqları prizmasından qiymətləndirdiyini göstərib. Onların fikrincə, hərbisizləşdirilən zonalar Suriyadakı mövcudluğu legitimləşdirən və atəşkəsin təminatçıları kimi Suriya münaqişəsinə qoşulma mexanizmidir.
Həmin zonaların yaradılmasına səbəb olan Astana prosesi üç ölkənin Suriyadakı xərclərini minimuma endirmək istəyi ilə formalaşdırılmışdı. Bu prosesdən istifadə edərək Suriyadakı hərəkətlərini bir-birinə daha çox proqnozlaşdırmağa kömək edən əsas təməl qaydalar hazırlanmışdı.
İndiyə qədər Ankara İdlibdə məqbul status-kvonu əldə edib və ölkənin şimalında hərbi iştirakını qanuniləşdirib. İdlibdə hər hansı bir dəyişiklik yalnız Rusiya ilə Türkiyə arasında davam edən danışıqlar çərçivəsində mümkündür.
Astana prosesi Tehran üçün də çox faydalı olub. Dəməşqlə ittifaqda fəaliyyət göstərən İran ölkədə mövcudluğunu möhkəmləndirib, tədricən böyük ərazilərə nəzarət edib.
Moskva bu günə qədər Astan prosesi ilə razıdır, çünki Rusiya Suriya danışıq prosesində aparıcı qüvvə statusuna sahibdir.
Hərbisizləşdirilən zonaların bağlanması bütün üç lider üçün Astana prosesinin uğursuzluğunun qəbul edilməsi olardı və ölkədə onların mövcudluğunun qanuniliyini sual altına alardı. Üstəlik, belə bir qərar, üç ölkənin keçən ilin sonundan etibarən yenidən başlamağa çalışdıqları sülh prosesinin əsaslarını yaradıb.
Siyasi həllə keçid
Üç liderin müzakirə etdiyi başqa bir əhəmiyyətli mövzu – münaqişəyə siyasi bir həll yoluna keçiddir. Onlar Suriya konstitusiyasını yenidən yazmaq üçün konstitusiya komitəsinin yaradılması məsələlərini müzakirə ediblər. Türkiyə, İran və Rusiya iki ay əvvəl Rusiyada keçirilən görüşdə belə komitə yaratmağı qərara alıblar.
Bu həlli asan bir problem deyil. Müvəffəqiyyətli olmaq üçün konstitusiya komitəsi yalnız BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın yox, Suriya rejimi və müxalifətin də dəstəyini almalıdır.
Birləşmiş Millətlərin himayəsi altında konstitusiya islahatlarını müzakirə etmək üçün Şamın istəksizliyini nəzərə alaraq, belə bir ssenari ehtimalı minimaldır.
Konstitusiya komitəsinin müvəffəqiyyəti, həmçinin hərbisizləşdirilən zonaların işləməsi ilə birbaşa əlaqələndirilir. Türkiyə, İran və Rusiyanın Şərqi Qutada zonaların işləməməsi və atəşkəsə nail olma qabiliyyəti qeyri-mümkündür, müxalifətin Astana danışıq prosesində iştirakı və Suriya müxalifətinin razılığı olmadan da Konstitusiya Komitəsinin fəaliyyət göstərə bilməz.
Suriyada aparıcı müxalif qüvvələrdən birini təmsil edən Məhəmməd Alluş – “Ceyş əl-İslam” təmsilçisi başlanandan bəri Astana prosesinə qanuni bir səviyyə verərək iştirak edib. Lakin Şərqi Qutda fasiləsiz hərbi əməliyyatlar 2018-ci ilin may ayına planlaşdırılan Astanada keçiriləcək növbəti görüşdə onun iştirakına təsir edə bilər.
Astana formatı təbii sərhədlərinə çatır
Hərbi məsələlər üzrə forum kimi yaranarkən, Astana formatı ötən ilin sonunda hərbi problemləri ardıcıllıqla həll etməyə başlayanda və siyasi dialoqa olan ehtiyacın yenilənməsi ilə potensialını tükətməyə başlayıb.
Bu baxımdan, uzunmüddətli uğur əldə etmək üçün Türkiyə, İran və Rusiya Astanada gedən prosesləri hərbi forumdan siyasi bir hala çevirmənin yolunu tapmalıdırlar.
Ancaq Suriyadakı qarşıdurma sonrası gələcəkdə uzlaşmanı təmin etmək asan bir dönüş deyil. Məsələ Bəşər Əsədin taleyi ilə bağlı fərqli fikirlərlə bağlı deyil. Astana prosesinin özünün hüdudlarından kənara çıxması lazımdır və hələlik bu, mümkün deyil.
Putin, Ərdoğan və Ruhani Ankarada keçirilən görüşdə bu əsas problemlərə davamlı həllər tapmayıblar. Son görüş bir daha göstərib ki, tərəflər hələ də münaqişənin həlli üçün hər hansı bir mexanizmin inkişafına daha yaxınlaşa bilməyib. Onlar hələ mövcud status-kvonu müəyyənləşdirmədən kənara çıxa bilməyəcəklər.
Son görüş və hətta bütün Astana prosesini yeni bir regional ittifaq, Suriyada İran, Türkiyə və Rusiya arasında əməkdaşlıq kimi təsnif etmək mümkün deyil. Bu üç ölkə arasında əsl birlik yoxdur. Burada şahid olduğumuz şey, həmin ölkələrin mövcud siyasi tənlikdən istifadə etməsindən başqa bir şey deyil.
Tərcümə: Strateq.az