Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Suriya müxalifəti və Rusiya razılığa gəldi– Bu gündən etibarən silahlar susacaq

 

Yenixeber.org: Suriya ərazisində dörd atəşkəs zonası yaradılacaq.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.
“İyulun əvvəli Astana danışıqlarının beşinci raundunda Suriya ərazisində dörd atəşkəs zonasının yaradılması məsələsi razılaşdırılmışdı. Onlardan ikisi – Suriyanın cənub-qərbində və Dəməşq ətrafında “Şərqi Qutada uğurla fəaliyyət göstərir. 31 iyulda Qahirədə mülayim müxalifət və Rusiya MN nümayəndələri ilə növbəti danışıqlar aparıldı. Danışıqların nəticəsinə görə, üçüncü zonanın Homs şəhərindən şimalda fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olunub” – Konaşenkov belə deyib.
Onun sözlərinə görə, üçüncü atəşkəs zonasına 147 min nəfər əhalisi olan 84 yaşayış məntəqəsi daxildir. General deyib ki, Rusiyanın hərbi polisi və nəzarət postları burada yerləşdiriləcək.
Razılaşmaya əsasən 3 avqust, yerli vaxtla saat 12-də mülayim müxalifətin silahlı dəstələri və hökuməti qüvvələri bütün növ silahlardan atəşi tam dayandıracaqlar. Bütün yaralı və xəstə şəxslər Rusiya hərbi hospitalı və Suriya xəstəxanalarında müalicə almaq imkanı tapacaq.
Konaşenkov deyib ki, müxalifət atəşkəs zonasından keçən Homs-Həma yolunun qarşısını açacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam