Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ, İngiltərə və Fransadan Suriyaya hücum -Dəməşq sakinləri Əsədə dəstək üçün küçələrə çıxdı - FOTO

ABŞ, İngiltərə və Fransadan Suriyaya hücum -

 

ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıb

Yenixeber.org: ABŞ Suriyadakı 3 hədəfə 100-dən çox raket atıb. Hücum nəticəsində 6 mülki vətəndaş yaralanıb.

Dəməşq sakinləri küçələrə çıxaraq Bəşər Əsədə dəstək olub, hücuma etiraz ediblər.

"Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qvvələri ilə birgə əməliyyat həyata keçirilir", - ABŞ prezidenti Donald Tramp Ağ Evdə hücumla bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dəməşq kimyəvi silahdan istifadəni dayandırmayana qədər ABŞ Suriyaya qarşı "milli gücünün bütün vasitələrindən" istifadə etməyə hazırdır.

Suriya hökumətinin açıqlamasında hücumun beynəlxalq hüquqa zidd olduğu və hücuma məruz qalan aviabazaların əvvəlcədən boşaldıldığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ABŞ tərəfindən atılan mərmilər Rusiya hava qüvvələrinin müdafiə etdiyi ərazilərə düşməyib.

NATO-nun baş katibi Yens Stoltenberq hücumu dəstəklədiyini söyləyib.

"ABŞ, İngiltərə və Fransa tərəfindən Suriyaya qarşı atılan addımları dəstəkləyirəm. Bununla "rejim"in Suriya xalqına qarşı kimyəvi silahdan istifadə qabiliyyəti azalacaq".

İran Xarici İşlər nazirliyinin verdiyi məlumatda Suriyaya edilən hücum qınanılıb və nəticələr barədə xəbərdarlıq edilib.

Sputnikin Dəməşq şəhərindəki müxbiri bildirib ki, hücum zamanı prezident administrasiyası və başqa hökumət binaları vurulmayıb.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilir.

Rusiya Müdafiə Nazirliyi və Suriya höküməti Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam