Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ARALIQ DƏNİZİNİN ŞƏRQİNDƏ MÜBAHİSƏLİ QAZ YATAQLARI –Rəqib dövlətlər bir-birinə diş qıcayır - TƏHLİL

Keyt Conson

“Foreign Policy”

 

Son günlərdə Şərqi Aralıq dənizi hövzəsinin dərinliklərində yatan potensial enerji resurslarına dair nikbinlik artır. Ancaq energetik inkişaf bölgənin işgəncəli geosiyasətinin müalicəsində itirilə bilər.

Yenixeber.org: İsrail və Misir bir neçə İsrail dəniz yatağından təbii qaz ixrac etmək üçün 15 milyard dollarlıq müqavilə imzalayıb. Bu bəyan Kipr sularında olan təbii qaz ehtiyatlarının kəşfindən dərhal sonra baş verib və demək olar ki, on ildir qonşu dövlətlər arasında gərginlik mənbəyidir.

Bundan başqa, Yunanıstan, Kipr, İsrail və İtaliya yeni enerji mənbələri axtaran Avropaya qaz nəql etmək üçün boru kəməri çəkilişinə dair ilkin razılıq əldə edib. Ancaq bu, uzun müddətli geosiyasi rəqabət qazanının ağzını örtən qapaq ola bilməyib.

Mübahisəli sularda dəniz qaz yataqlarının kəşfiyyatı üçün yeni planlar ucbatından Livan və İsrail “qan-qan” deyirlər və "Hizbullah" enerji mübahisəsini İsrail qarşı ritorikada istifadə edir.

Bu ay Türkiyənin bir gəmisi Kipr sularında işləyən kəşfiyyat gəmisini ələ keçirib, odur ki, bölünmüş adanın yunan və türk hissələri arasında gərginlik artıb.

Beyrutda yerləşən “Yaxın Şərqdə Strateji Perspektivlər”in (MESP) əməkdaşı Mona Sukkariya deyir: "Bu resurslar sülh üçün vasitə deyil”.

Ancaq ənənəvi olaraq bir-birindən çəkinən qonşuların, yeni tapıntıları inkişaf etdirmək və onları bazara çıxarmaq üçün infrastruktur qurma sahəsində birgə işləmə ehtiyacı nəzərə alınarkən, enerji resursları hələ də, bir növ, geosiyasi dividendlər gətirə bilər.

Ekspert deyir: "Öz təbiətinə görə bu səbəblər ən azı əməkdaşlığı vacib edir".

Bölgədə yaxınlaşma səbəb olan enerji potensialına dair optimist bir xəbər var: İsrail və Misir. İsrailin iki qaz yatağında tam həcmli iş gedir, digər iki yatağa bu il sərmayə qoyuluşu ola bilər. Bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji eksperti Nikos Tsafos qeyd edir. Bununla yanaşı, Misir “Zuhr” sahəsini rekord vaxtda işə salmağı düşünür. Bu, Qahirədəki maliyyə böhranını adlamağa və bahalı qaz idxalını əvəz etməyə imkan verəcək.

İsrailə qaz ixracı bir neçə il əvvəldən düşülüb. Lakin bu, “Ərəb baharı”dan sonra Misirdə istehsalın azalması, daxili istehlak və zərərli siyasətin badına gedib.

Hələ boru kəməri marşrutu bəlli olmadığından İsrailin Misirdən necə qaz alacağına aid dəqiq məlumat yoxdur. Lakin ixrac müqaviləsinin bölgənin mübahisələri üçün padzəhr olacağını sübut etmir.

İsrail Misir və İordaniya ilə iki qaz ixracı razılaşması imzalayıb. Bu iki ərəb ölkəsi ilə yəhudi dövlətinin artıq sülh müqavilələri var. Amma təbii qaz boru kəmərləri və layihələri ilə bağlı İsrail və Türkiyə arasındakı illərcə davam edən gərginliyin yumşalacağı ümidi buxarlanıb.

Tsafos deyir: "Siyasət enerji əlaqələrini idarə edir”.

Hazırda İsrailin digər enerji mənşəli mübahisələri var.

Livan sahillərində olan perspektivli bir blokda qazma işləri üçün üç beynəlxalq firma – Fransanın “Total”, İtaliyanın “Eni” və Rusiyanın “Novatek” şirkətləri ilə razılaşma bu ay Beyrutla Tel-Əviv arasındakı gərginliyi artırıb. Çünki gələcək il firmaların qazma işlərinə başlamağa ümid etdiyi bir dilim su sahəsinə hər iki ölkə iddialıdır.

Bütün dəniz bloklarını ona aid olduğu bildirən Livan, İsrailin iddialarından asılı olmayaraq, yataqlardakı işi inkişaf etdirməyə söz verib. MESP-in əməkdaşı Sukkariya hesab edir ki, “Cənub bloku” təbii qaz hasilatı üçün ən perspektivlidir. Üstəlik, şirkətlər İsraillə problemlərini həll etmək üçün mübahisəli su sahəsindən uzaqlaşmağı təklif ediblər. Lakin İsrailin müdafiə naziri Aviqdor Liebermanın bu inkişaf planlarını "təxribatçı davranış" adlandırıb.

Livanın milis qrupu “Hizbullah” bildirib ki, İsrail Livanın inkişaf planlarına müdaxilə edərsə, onun offşor enerji qurğularına zərbə endirəcək.

"Hazırkı qarşıdurma hələ də ritorik səviyyədədir, amma bölgədəki gərginlik qısa zamanda artacaq. Bu, vasitəçiliyin davam etdirilməsinin vacibliyini vurğulayır", – Sukkariya deyir.

ABŞ dövlət katibi Reks Tillersonun, 2012-ci ildən bu yana ABŞ səlahiyyətlilərinin etdiyi kimi, Livana son səfəri zamanı vasitəçiliyi az uğurlu olub. ABŞ diplomatının yeni cəhdi də Livanın iştahasını açmayıb.

İsrail ABŞ vasitəçiliyini davam etdirmək istəyir, amma , xüsusilə Donald Tramp administrasiyasının ABŞ səfirliyini Qüdsə köçürməyə dair mübahisəli qərarından sonra Livan, xüsusilə “Hizbullah” Vaşinqtonu ifrat israilpərəst və vasitəçi rolu oynamağa layiqli görmür. “Hizbullah” lideri Həsən Nəsrullah ABŞ-ın "dürüst bir vasitəçi olmadığını" söyləyib.

Livan-İsrail dəniz sərhədi potensial enerji sərvətlərinə qarşı mübarizəni ağırlaşdıran yeganə ağılsız mübahisə deyil.

İsrail və Misir kimi, böyük qaz yataqlarının tapılması ümidi ilə öz sahillərində qazma işləri aparan Kiprin (bu ay adanın cənubundakı “Calypso” kimi tanınan sahəsində) bəxt üzünə gülüb. Kiprin başqa – “Afrodita” yatağı bir neçə il əvvəl kəşf olunub və ölkə qonşularının xoş taleyini təkrarlamanın astanasına gəlib çıxıb.

Yeni kəşf Kiprin qaz yataqlarını inkişaf etdirmək və Avropanı enerji ilə təmin etmək arzusunu yerinə yetirmək üçün lazım olan kütləni verə bilər. “Afrodita” geniş miqyaslı infrastruktur investisiyalarının həyata keçirilməsi üçün çox kiçik idi. Lakin yeni kəşf Kipri ümidləndirmək yerinə, “Türkiyənin dalanı”na dirəyib.

Bu ay, – 2014-cü ildə olduğu kimi, – bir türk gəmisi Kipr sularında qazma gəmisini ələ keçirib. Bölünmüş adanın türk şimalını tanıyan Ankara, bu suları yunan Kiprinə verməkdən imtina edir və prosesin davam edəcəyi təqdirdə, daha sərt hərəkət edə biləcəyinə dair xəbərdarlıq edib. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı timsalında Ankara "Şərq Aralıq dənizi bölgəsinin təhlükəsizliyi və sabitliyinə məsuliyyətsiz təhlükə" törədən kiprli yunanlarla mübahisədə adanın şimal yarısını dəstəkləmək üçün "lazımi addımlar atmağa" hazır olduğunu bildirib.

Keçən il Kiprin birləşdirilməsi üzrə danışıqların uğursuzluğu da enerji axtarışı ilə əlaqələndirilib.

Türkiyənin kəskin təpkisi vurğulayır ki, enerjinin yağışından faydalanmaq üçün bölgəni parçalayan köhnə düşmənçilik dəf edilməlidir. Mona Sukkariya deyir: "Enerji qaynaqlarına ümumi maraq bölgə ölkələri arasında daha yaxşı əməkdaşlıq üçün stimul ola bilər. Ancaq eyni zamanda, son zamanlarda Türkiyənin timsalında gördüyümüz kimi, rəqabəti də qızışdırması mümkündür".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam