Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qadın polisi dişləyən kimi öldü

Müstəntiqlər Petrozavodskda polisi dişləyən kimi vəfat etmiş qadının ölüm səbəblərini araşdırırlar. 

 

“Xeberinfo.com" İnterfax-a istinadən xəbər verir ki, bu barədə sözügedən mətbu orqana Rusiya İstintaq İdarəsinin mətbuat xidmətinin nümayəndəsi Olqa Qolubenko məlumat verib.

Hadisə 4 gün bundan əvvəl şosse yolunda baş verib. Belə ki, polis işçiləri ictimai yerdə, bir qrup şəxsin sərxoş vəziyyətdə yığışmasını görüblər. Elə bu vaxt içkili qadınlardan biri onlara yaxınlaşan polis işçisinin üzərinə atılıb və onu dişləyib. Şahidlər bundan dərhal sonra qadının geri çəkilərək yerə yıxıldığını və öldüyünü deyirlər.

Hal-hazırda dişləmə və ölüm faktı üzrə araşdırmalar aparılır. Qolubenko eyni zamanda qadında ciddi xəstəliyin olduğunu da əlavə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam