Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ankara konfransı İraq sünnilərini parçaladı:5 sponsorun təşəbbüsü məzhəblərarası kompromisi uzaqlaşdırır

An Iraqi soldier walks next to a wall painted with the black flag commonly used by Islamic State militants, during a battle with Islamic State militants near Arabi neighborhood, north of Mosul, Iraq, January 21, 2017. REUTERS/Khalid al Mousily - RTSWOU6

 

Yenixeber.org:   Yeni sünni siyasi elitası yaratmaq cəhdi kimi, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və ABŞ-ın dəstəyi ilə martın 8-də İraq sünni xadimləri üçün ikigünlük qapalı görüşlər keçirilib. Tədbirdə post-İŞİD dövrü üçün Yol Xəritəsinə dair siyasi müzakirələr aparılıb.

Türkiyədə baş tutan konfransın iştirakçıları vitse-prezident, "Mutahidun" blokunun lideri Usamə əl-Nucaifi, sabiq maliyyə naziri Rafi əl-İsavi, sabiq baş nazir müavini Saleh əl-Mutlaq, İraq İslam Partiyasının lideri Ayad əl-Samarrai, planlaşdırma naziri Salman əl-Cumaili, "Ərəb Layihəsi"nin lideri Xamis əl-Xəncar, Ninəva əyalətnin sabiq qubernatoru Atil al-Nucaifi; "Qüvvələr İttifaqı" parlament blokunun rəhbəri Əhməd əl-Massari, "Qərar" parlament blokunun rəhbəri Məhəmməd əl-Karbuli, Müsəlman Alimlər Assosiasiyasının baş katibi Müsənnə əl-Dhari, habelə millət vəkilləri, qəbilə liderləri və bir sıra din xadimləri idi.

Lakin iştirakçılar mübahisəli məsələlər üzrə aydın mövqeyə, xüsusilə milli və federal barışıq layihəsi və qarşıdakı seçkilər üçün yeni siyasi blokun yaradılması barədə razılığa gələ bilməyiblər. Ankara konfransı yalnız yeni sünni bölməsinin yaradılması kimi görünürdü və xəyanətdə suçlanaraq şiə qruplarının şiddətli təpkisinə səbəb oldu.

"Mutahidun" blokunun üzvü Mutaşar al-Samarrai "Al-Monitor"a bildirib: "Konfransa sponsorluq etmiş beş ölkə bir sıra məsələlərdə sünni partiyalarının baxışlarını yaxınlaşdırmaq istəyirdi. Bu, post-İŞİD dövründə milli yenidənqurma və azad olunmuş sahələrdə yenidən quruculuq məsələləri idi. İştirakçılar 25 sünni xadimdən ibarət komitənin formalaşdırılması barədə razılığa gəliblər. Komitənin missiyası siyasi nizamlanmaya dair vahid sünni mövqeni formalaşdırmaqdı. Lakin biz yeni bir seçki bloku və ya ölkənin regionlaşdırılması barədə müzakirə aparmamışıq". 

O əlavə edib: "Bəzi sünni xadimlərin səsləndirdiyi müxalifətə gəlincə, bu, İraq Qüvvələrinin Alyansı çərçivəsində fikir ayrılığı və ya bölünmə kimi təfsir edilə bilməz. Müxalifət bu konfransa dəvət olunmayıb".

Samarrai deyib ki, Türkiyənin rolu sponsor ölkələrin (BƏƏ, İordaniya, Qətər və ABŞ-ın) roluna oxşardır. O bildirib: "2003-cü ildən İraqdakı vəziyyət bütün beynəlxalq maraqlı tərəflər üçün açıqdır, çünki bu ölkələr sünnilərə kömək etmək istəyiblər. Türkiyənin İraqda öz maraqları var və hazırkı xaos vəziyyətinin təkrarlanmasının qarşısını almaq üçün orada siyasi sabitlik axtarır".

Bəzi sünni xadimlər Türkiyə konfransını ciddi tənqid ediblər. Bədr əl-Fahl, sünni İraq Qüvvələri Alyansının üzvü, martın 10-da NRT telekanalına açıqlamasında xaricdə keçirilən konfranslara qarşı sünni cəbhəsinin meydana gəlməsini elan edib. 50 millət vəkilindən ibarət cəbhə Ankarada sünni fraksiyası tərəfindən keçirilən son konfransın fonunda yaradılıb. Fahl deyib ki, iştirakçılar bir sıra ölkələ tərəfindən seçilib.

"Bu şəxslər İraqdakı sünni komponentin yalnız 25% -ini təmsil edir. Ankara konfransı iştirakçılarının əksəriyyəti İŞİD-in inkubasiyasında fəal iştirak ediblər".

Deputat, Sünni İttifaqının üzvü Əbdürrəhman əl-Luvaizi "Al-Monitor"a bildirib: "Xaricdə keçirilən istənilən konfrans, xüsusilə İraqa tarixi ambisiyaları olan Türkiyə kimi bir ölkənin ev sahibliyi etdiyi təqdirdə, milli məqsədlərə nail ola bilməz. Yalnız yerli siyasi partiyalar milli konfranslar təşkil edə və İraq siyasi layihələri vasitəsilə siyasi böhranı həll edə bilər".

Politoloq və təhlükəsizlik üzrə ekspert Hişam əl-Haşiminin fikrincə, fevralın 21-də keçirilən Cenevrə Konfransının əlavəsi olaraq qəbul edilən, son Ankara tədbiri ABŞ, ərəb ölkələri və Türkiyənin vasitəçiliyi keçirilən beynəlxalq səylərin bir hissəsidir.

O deyib: "Tramp administrasiyası Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və Qatar tərəfindən dəstəklənən sünni koalisiya qurmağa çalışır. Belə bir koalisiya həm də İŞİD-ə qarşı mübarizə aparan kürdlər və şiələrin tanınmasına çalışacaq".

Haşimi, həmçinin "Tweeter"də yazıb: "Suriyada və Yəməndə təsirinin azalmasından ehtiyatlanan İran sünni konfransından narahatdır. İranın son razılaşması İraqdakı bəzi müttəfiqlərinin ona sədaqət andı içməsidir. Bu səylərinin qarşısının alınmasına yönəlmiş önləyici media kampaniyalar aparılır".

Lakin Haşiminin qeyd etdiyi İran narahatlığı bu cür mövqelər və bəyanatlarla məhdudlaşmayacaq. Xaricdə keçirilən sünni konfranslarına şiə hiddəti xüsusilə qarşıdakı seçkilər, post-İŞİD milli barışıq danışıqlarında gərginliyə gətirib çıxara bilər. Bundan başqa, bəzi şiə partiyaları (əsasən vitse-prezident Nuri əl-Malikiyə yaxın siyasi bloklar) hökumətdə şiələrə yaxın sünni və ya kürd xadimlərin təmsilçiliyinə nail olmaq, beləliklə, tərəfdaşlıq və kvotanın gözlənilməsinə, böyük sünni bloklarının marginallaşmasına çalışır.

Sünni siyasi partiyaları federalizm və milli barışıq üzrə vahid sünni mövqeyinə yaxınlaşdığından və Türkiyə İraq sünnilərinin üçün sponsoru (İran şiə partiyalarına sponsorluq etdiyi kimi) elan olandan, İraqda məzhəbi iradə ifadəsi güclənir. İrəliləyişə, ABŞ və ərəb ölkələrinin İranın təsirini uğurla cilovlamasına baxmayaraq, siyasi səviyyədə milli və vətəndaş partiyalarıın yoxluğu İraqda cari məzhəb və etnik bölünməyə xidmət edə bilər. Bu, bəzi partiyaların milli maraqlar üçün çalışmaq əvəzinə, ambisiyalarından imtina etməməsi halında, tarixi kompromisin qeyri-mümkün olacağı deməkdir.

Ömər Səttar,

"Al-Monitor"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam