Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beş ölkənin keçmiş prezidenti Bakıya gələcək

 

Yenixeber.org: Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq dövlət başçısı Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq rəhbəri Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edəcək.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub.
Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Sabiq dövlət və hökumət başçıları, təcrübəli ictimai-siyasi xadimlər öz təcrübələrini gənclərlə bölüşəcək, eləcə də dünyanı narahat edən qlobal problemlərlə bağlı tövsiyə və təkliflərini diqqətə çatdıracaqlar. Eyni zamanda, gənclərin müasir dünyada baş verən proseslər, beynəlxalq münasibətlər, regional problemlər və digər mövzularla bağlı fikirlərini dinləyəcək, suallarını cavablandıracaqlar.
Qeyd edək ki, foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Forum avqustun 21-24-dək Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam