Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

”Beynəlxalq birlik” onlardan başqa heç kimsə deyil:Si Çzinpin, Tramp və Putin

putin

Xeberinfo.com:   Bu üçlüyün bir-birlərini anlamaları üçün hər şey var. Donald Tramp Vaşinqtonda, Si Çzinpin Pekində və Vladimir Putin Moskvada bir məsələdə həmfikirdilər: Keçmiş Nyu-York inşaatçısı, çinli kommunist və istefadakı DTK zabitinin işə yanaşmaları eynidir. Bu gücdür. Onların fikrincə dünyaya vahid baxış yalnız güclülərin işidir.

Mülayim xasiyyətli avropalılar bütün qəlbləriylə hüquqi dövlət anlayışının beynəlxalq həyatda genişlənməsinə inam bəsləyirlər. Ancaq illüziyaya qapılmaq lazım deyil. Putin, Tramp və Si Çzinpin əsl millətçilərdir və bütün dünyanı öz istəklərinə uyğun görmək fikrindədirlər. Liberal-demokrat ideaları və beynəlxalq hüquq normaları hər yerdə öz mövqelərini itirir. Həmin arzular hələ də yalnız Brüsseldə canlıdır.

donald-tramp-1

Üçlüyün hər birinin öz təsir zonası var. Seşki kampaniyası zamanı Tramp bildirib ki, Rusiyanın Ukraynadan Krımı götürməsinin əleyhinə deyil. Bundan başqa o, Pekinin Cənubi–Çin dənizindəki hərbi iştirakının genişlənməsini dəstəkləyir. Lakin hələlik Tramp Vaşinqtonun Tayvanla olan münasibətini şərh etməkdən yayınıb.

- Millətçi eqoizm

Moskvada, Pekində və Vaşinqtonda izolyosianizm yox, köhnə eqoist millətçilik vüsət almağa başlayır. Dünya qloballaşmış şəkildə qalacaq, çünki texnologiya bu prosesi irəliyə aparır. Amma hər halda beynəlxalq institutlar qismində təsəvvür edilən dünya hökuməti hal-hazırda dövlət reallığı ilə qarşılaşıb.

Bütün bunların hamısı Avropa üçün növbəti həqiqət anı sayılmalıdır. Avropalılar anlamalıdırlar ki, ”təcrid edilmiş ada”da böhranlardan kənarlaşaraq bir ”böyük İşveçrədə” yaşaya bilməzlər.

Gələcəkdə yaşanacaq çətin sınaqlar indiki sərt dünyada onlardan birlik tələb edir. Bu həmin üçlüklə yan-yana mövcud olmaq, inkişaf etməkdə olan böyük dövlətlərlə (Hindistan, Braziliya) danışıqlar aparmaq və qloballaşmada Avropa özünəməxsusluğunu təsdiq etmək üçün gərəkdir. Lakin iş ondadır ki, tələb olunan həmin birlik anında Avropa Birliyi heç zaman olmadığı kimi zəifləyib. AB daxili böhrandan əziyyət çəkir. Avropa layihəsi özünün 60 illiyini aşağı əyilmiş bayraqlarla qeyd edir.

Yuber Vedrin özünün sonuncu “Avropanı xilas etmək” kitabında belə güman edir ki, xəstəlik dərin köklər buraxıb və bəlkə də dağıdıcı mərhələlərə gəlib çatıb. AB daxildən məhv olur, çünki o xalqın etibarını itirib. Hələ “Brexit”ə qədər o, tərkedilmişlik mərhələsində idi.

Bəs, insanların bu cür sevgisizliyi nə ilə bağlıdır? Fransanın keçmiş xarici işlər naziri Yuber Vedrin hesab edir ki, AB eyni anda həm hədsiz dumanlı və həm də hədsiz ambisiyalı oldu. Soyuq müharibədən sonrakı genişlənmə pis hazırlanmışdı, çox sürətli və hədsiz geniş miqyaslıydı. Bu isə onun məzmununu yuyaraq, daimi hərəkətdə olan formasız bir kütləyə çevirdi.

- Avropa xalqlarının bağlılığı

Vahid bazarın formalaşdırılması, Brüssel bürokratiyasının “sırınmış və xırdaçı normaları” ucbatından idarəolunmaz direktivlər axınına qərq olub.

Deyirlər ki, bunlar elə də anti-demokratik deyil və hökumətlərin aldıqları qərarların yerinə yetirilməsini həyata keçirir. Lakin buna baxmayaraq, gülünc obyektinə çevrilmiş milli özünəməxsusluq və elitar avropaçılığın təriflənən nailiyyətlərinin suverenitet anlayışları öz işini atıq gördü. Xalqlar Avropadan üz döndərdilər. Avropaskeptisizm indi çoxluğun fikridir.

Bu kitabda avro, Şengen və qaçqınlar məsələləsi də daxil olmaqla, Avropanın qarşılaşdığı bütün çətinliklər nəzərdən keçirilir. Kitabda Vedrinin yanaşması dəqiq şəkildə verilir: heç bir axmaqlığa yol verilməməsi, praqmatizm, sözlərin diqqətlə seçilməsi və söz döyüşlərindən qaçmağa səy göstərilməsi öndə dayanmalıdır. Burada Avropa layihəsinin dağılmasından söz getmir, sadəcə olaraq xalqlar arasındakı bağlar və Avropanın bərpasına toxunulur.

Kitabın orjinallığı onun ikiqat yumşaltma metodu təqdim etməsindədir. Yəni, ilk öncə Avropa Birliyinin genişləndirilməsinə və Brüsselin hər şeyə xüsusi normalar tətbiq etməsinə fasilə vermək lazımdır. Bu zaman isə Avropa quruculuğunun yekunları müzakirə olunmalı və nəyin saxlanılmasını və nəyin işləmədiyini anlamaq gərəkdir.
Bunun üçün xüsusi konfrans çağırılmalı, sonra bütün sistemin yönünü müəyyənləşdirəcək sənədlərin qəbulu üçün Avropa institutları və dövlətləri arasındakı səlahiyyətlərin bölüşdürülməsi detallı şəkildə nəzərdən keçirilməlidir. Eyni zamanda milli ərazilərə hörmətlə yanaşmaq şərti ilə sabahkı gün üçün Avropanın dünyadakı planlarının bərpası kontekstində Avropa layihəsinin dəyişdirilməsi məsələsinə diqqətlicə baxılmalıdır.

Vedrinin söylədikləri inadırıcı səslənir. O, Avropa həyat tərzinin gələcək dünyada saxlanılması üçün Avropanın mütləq vacibliyinə tam əmindir. Yeni geosiyasi konfiqurasiyada Avropanın dostları azdır. Vladimir Putin Avropa layihəsini dağıtmağa can atan bütün Avropa Birliyi üzrə sağ partiyaları maliyyələşdirir. Tramp “Brexit”in tərəfində durub. O, AB-yə etinasız və hətta ikrahla yanaşır.

Bu üçlükdə yer alan Si Çzinpin nisbətən daha az anti-Avropa əhvallıdır, amma çınlilər dağınıq vəziyyətə düşmüş Avropadan necə istifadə etməyi yaxşı bilirlər. Formalaşan indiki münaqişəli və çoxqütblü vəziyyətdəki dünyada Avropa layihəsinin dağılması faciə olardı. Təbii ki, avropalılar üçün.

(“Le Monde”-Fransa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam