"RUSİYANIN QARŞISINI YALNIZ NATO ALA BİLƏR!"
ABŞ-a səfəri zamanı Böyük Britaniyanın müdafiə naziri ser Maykl Fellon Rusiyanı “real təhlükə” adlandıraraq, deyib ki, onun qarşısını yalnız NATO ala bilər.
Xeberinfo.com: M.Fellon Trampın prezident seçilməsindən sonra ABŞ-a səfər edən ilk britaniyalı nazirdir.
Özünün seçki kampaniyası zamanı, Tramp, NATO-nun baza prinsiplərini şübhə altına alaraq, Rusiya prezidenti Vladimir Putinlə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Ancaq bu cür şərhlər NATO üzvləri, xüsusən də Baltik ölkələri arasında ciddi həyəcan yaradıb. Çünki Rusiya onların ərazisində sabitliyi pozmağa cəhd göstərə bilər.
Kaliforniyada keçirilən müdafiə məsələlərinə həsr olunmuş böyük forum çərçivəsində Amerika müdafiə isteblişmentinin yüksək vəzifəli nümayəndələri qarşısında Fellon elan edib ki, onlar “Protector” insansız uçuş aparatları üçün yeni texnologiyaların hazırlanması ilə bağlı ABŞ-ın “General Atomics Aeronautical Systems” şirkəti ilə 100 miyon dollarlıq müqavilə imzalayıblar. Birləşmiş Krallıq keçən il bildirmişdi ki, onlar hal-hazırda döyüş çərgəsində olan 10 insansız uçuş aparatını 20 ədəd yeni “Protector” dronları ilə əvəz edəcəklər və bu texnika, təxminən 2020-ci ildə silahlı qüvvələrdə istifadə olunmağa başlayacaq. Yeni müqavilə nəticəsində əldə olunacaq texnika insansız uçuş aparatındakı video çəkilişlərin təsvirinin keyfiyyətini daha da yaxşıladıracaq və həmçinin də kommunikasiya kanallarının təkmilləşdirilməsinə yardım göstərəcək. Ona görə ki, dronların qəzalarının geniş yayılmış səbəbi xətlərdəki kəsilmələrlə bağlıdır.
Çıxışı zamanı Fellon Tramp administrasiyasını izolyasinizmə yuvarlanmamağa çağırıb. Bəllidir ki, izolyasionizm xətti prezident kampaniyasının əsas leytmotivlərindən biri olmuşdu.
Böyük Britaniya müdafiə nazirinin çıxışı Tramp administrasiyası ilə əlaqələrin qurulmasına və eyni zamanda da B.Britaniyanın NATO–nu Avropa təhlükəsizlik sistemində vacib rol oynadığı barədə aydın siqnal verilməsinə istiqamətlənib.
Konfransda, o, bildirib ki, NATO Rusiya ilə “strateji rəqabət” vəziyyətindədir. Fellon bunu belə izah edib: ”Rusiyanın Krımdakı və Ukraynanın şərqindəki fəaliyyətləri alyansın möhkəmliyinin sınağı idi. Vəziyyətin nə qədər kövrək olduğunu hiss etmək üçün sadəcə olaraq NATO-nun şərq sərhədlərinə səyahət etmək lazımdır. Bunun mənasız olmasını bəhanə gətirməyə ehtiyac yoxdur. Rusiya ilə dialoq faydalıdır. Lakin önləyici tədbirlərin ələ alınması da çox vacibdir. Bizim birliyimiz potensial rəqibə bizim birliyimiz barəsində güclü siqnal yollayır. Amerika administrasiyası həmişə Rusiya təhlükəsinə qarşı dayanmışdır. Məhz Ronalad Reyqan və Marqaret Tetçer 1980-ci illərdə dəmir pərdənin dağılmasına kömək ediblər”.
Tramp administrasiyasında müdafiə naziri təyin olunan general Ceyms Mettis qeyd edib ki, NATO üzvləri ümid bəsləməsinlər ki, ABŞ onlara alyansın maliyyələşməsi üçün böyük məbləğ ayıracaq və ona görə də müdafiə büdcəsinə özləri pul qoymalıdırlar.
Bunu nəzərə alan Maykl Fellon deyib: ”Əvvəla Amerikanın digər ölkələrlə əlaqələrini saxlayan bir ölkə olaraq qalması mühümdür. İndi isə ikinci məqama toxunmaq istərdim. NATO ən uğurlu alyansdır və o, ABŞ-a fayda gətirdiyi qədər də Avropaya faydalıdır. Amerikadakı 11 sentyabr terror aktından sonra alyans üzvləri kollektiv müdafiə prinsiplərinə uyğun olaraq, 5-ci bəndə müraciət etdilər. Mən sizin prezidentiniz və seçilmiş prezidentinizlə tamamilə razıyam ki, NATO üzvləri müdafiə xərclərini artırmalıdırlar. NATO-nun 19 üzvü müdafiəyə öz Ümumi Daxili Məhsulunun 1,5%-dən az xərc çəkirlər. Amerikan vergi ödəyicilərinin bu qeyri-proporsional yükü öz üzərlərinə götürəcəklərini düşünmək olmaz”.
(“The Guardian”-Böyük Britaniya)