Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NATO qarşısında öhdəliyimiz sarsılmazdır” -ABŞ-ın yeni müdafiə naziri

ABŞ müdafiə naziri, dəniz piyadaları qüvvələrinin dördulduzlu generalı Ceyms Mattis vəzifəsinə başladığı ilk gündə Avropa müttəfiqlərinə zəmanət verərək bəyan edib ki, ölkəsinin NATO qarşısında öhdəliyi “sarsılmazdır”

Xeberinfo.com:   Pentaqonun sözçüsü deyib ki, Mattis NATO-nun baş katibi Yens Stoltenberq və Britaniyanın müdafiə naziri Maykl Fallonla yanvarın 23-də söhbət edib, ABŞ prezidenti Donald Trampın NATO-nu “köhnəlmiş” adlandırmasından doğan narahatlıqları cavablandırıb.

“Mattis Birləşmiş Ştatların NATO-ya sarsılmaz sədaqətini bir daha təsdiqləyib” –Pentaqonun sözçüsü kapitan Ceff Davis deyib. Stoltenberqlə telefon söhbətində “iki rəsmi ortaq dəyərlərin mühümlüyünü müzakirə ediblər və ABŞ naziri deyib ki, bu dəyərlərin müdafiəsi üçün müttəfiqlərə köməkdə Birləmiş Ştatlar üçün başlanğıc nöqtə həmişə Avropadır”.

"Hər iki rəsmi qarşıdan gələn aylarda müzakirələri davam etdirəcəklərini və NATO müdafiə nazirlərinin fevralda keçiriləcək müşavirəsində şəxsən görüşəcəklərini bildiriblər” – Davis bildirib. “Fallonla söhbətində Mattis Birləşmiş Ştatlar və Birləşmiş Krallıq arasında xüsusi münasibətlərin mövcudluğunu təsdiq edib və deyib ki, iki ölkə arasında hərbi bağlar ABŞ təhlükəsizliyinin məhvəridir” – Pentaqon sözçüsü əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam