Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rəqabətlilik indeksində 37-ci yerdə – 138 ölkə içində

dunya-iqtisadi-forumDünya İqtisadi Forumu (World Economic Forum) ölkələrin qlobal rəqabətlilik indeksini əks etdirən hesabatını açıqlayıb.

Xeberinfo.com:  Hesabatda 138 ölkənin rəqabət qabiliyyəti qiymətləndirilib.

3 PİLLƏ İRƏLİ, AMMA…

Azərbaycan siyahıda 3 pillə irəli keçib – 37-ci yerdədir. Amma ötən il dəyərləndirmə 140 ölkə üzrə aparılmışdı və Azərbaycan 40-cı idi.

İqtisadiyyatın rəqabət qabiliyyətindən ötrü tələb olunan əsas göstəricilərinə görə Azərbaycan 49-cu yerdədir, yəni ötən ilə nisbətən 6 pillə geriləyib (43-cü idi). Çünki institutların vəziyyətinə görə 48, infrastrukturun səviyyəsinə görə 55, makroiqtisadi mühitin inkişafına görə 39, səhiyyə və ibtidai təhsilin səviyyəsinə görə 75-ci yeri tutub.

Bu ilin hesabatında Rusiya 43, Türkiyə 55, Gürcüstan 59, İran 76, Ermənistan 79, Ukrayna 85-ci yeri tutub.

İlk üç yeri, keçən il olduğu kimi, İsveçrə, Sinqapur və Amerika Birləşmiş Ştatları tutur.

10 ƏN GÜCLÜ ÖLKƏ

Niderland, Almaniya, İsveç, Böyük Britaniya, Yaponiya, Honkonq və Finlandiya da dünyanın 10 ən güclü rəqabət qabiliyyəti olan ölkələri sırasına daxildir. Sonuncu—138-ci yer Yəmənindir.

Dünya İqtisadi Forumunun icraçı direktoru Klaus Schwab deyib ki, «Aşkarlığın səviyyəsinin düşməsi iqtisadiyyatların rəqabət qabiliyyətinə ziyan vurur, idarəçiliyi çətinləşdirir».

Forum vurğulayır ki, builki rəqəmlər artım üçün maliyyə yardımının yetmədiyini, yardımla yanaşı, rəqabətliliyin artırılması naminə islahatlara ehtiyacı üzə çıxarıb. Əsas nəticələrdən biri odur ki, biznes təcrübəsinin yenilənməsi və innovasiyalara qoyulan sərmayə effektiv bazar, infrastruktur və təcrübə qədər vacibdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam