Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Dünyanın bahalı şəhərləri sırasında Bakının yeri

 

Dünyada əcnəbilər üçün ən bahalı şəhərlər siyahısına Afrikanın iki şəhəri başçılıq edir. 

"Xeberinfo.com"  Azadliq.org-a istinadən xəbər verir ki, Anqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena əslində elə də varlı sayılmasalar da, siyahının başında dururlar. Bu barədə «Mercer» Beynəlxalq Konsaltinq Şirkəti illik reytinqini açıqlayıb.

Reytinqdə Afrikadan sonra Avropa və Asiya şəhərləri gəlir. Honq Konq 3-cü, Sinqapur 4-cü yerdədir. Sürix 3 pillə irəli çıxaraq beşinci yerdə qərarlaşıb. Cenevrə 6-cı yerdədir. Tokio dörd pillə düşərək 7-ci yeri tutub.

Pakistan əcnəbilər üçün ən ucuz məkan sayılır. Reytinqin hesablandığı 211 şəhər içində Karaçi sonuncu yerdə qərarlaşıb.

211 şəhərdə 200 məhsul və xidmətin qiyməti müqayisə olunub. Buraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları və əyləncə xərcləri daxildir. 

Sözügedən siyahıda Moskva 9, Bakı 46, Yerevan 187, Tbilisi 194-cü bahalı şəhərdir. Keçən il Bakı 57-ci yerdə idi. Bir il ərzində 11 pillə irəliləyib. Bahalığa görə, Bakı bəzi Avropa şəhərlərindən öndə gedir. Belə ki, Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci yerdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam