Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan inkişaf indeksinə görə 2-cidir” -Dünya İqtisadi Forumu

Dünya İqtisadi Forumu: “Azərbaycan inkişaf indeksinə görə 2-cidir”

 

 

Dünya İqtisadi Forumu (WEF) «İnklüziv Artım və İnkişaf – 2017» hesabatını açıqlayıb.
Xeberinfo.com:  Bu hesabatda Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında Litvadan sonra 2-ci yerə çıxıb. İnklüziv İnkişaf İndeksi (IDI) adlanan bu göstərici gəlir, səhiyyə, yoxsulluq və davamlılıq sahəsi üzrə verilənlər əsasında hazırlanır. WEF gəlir və sərvətin bölünməsini, yoxsulluğun səviyyəsini öyrənir.
Hesabatda texnoloji dəyişiklik, qloballaşmanın gətirdiyi təhlükə və bərabərsizliklə səmərəli mübarizə məqsədiylə iqtisadi siyasətdə dəyişiklik təklif olunur. Belə bir nəticəyə gəlinir ki, əksər ölkələr eyni zamanda həm iqtisadi artımı yüksəltmək, həm də bərabərsizliyi azaltmaq imkanlarını qaçırırlar. Çünki onillər boyunca siyasətçilərin söykəndiyi inkişaf modeli və ölçü alətlərinə ciddi dəyişiklik olunmalıdır.
Sənəd üzə çıxarıb ki, 2008-2013-cü illərdə 26 inkişaf etmiş ölkədə illik orta gəlir 2.4%, yaxud adambaşına 284 dollar azalıb. İnkişaf etməkdə olan ölkələrdə durum daha yaxşıdır, orta gəlir 10.7%, yaxud 165 dollar yüksəlib. Amma bu ölkələrin 23%-də adambaşına orta gəlir 9% düşüb.
Müqayisə üçün, inkişaf etmiş ölkələrin 54%-də orta gəlirdə 8%-lik, yaxud adambaşına 1044 dollar ekvivalentində azalma var.
DAVAMLI VƏ HƏRTƏRƏFLİ İNKİŞAF
Sənəd müəlliflərinin fikrincə, yaşam standartlarında davamlı, hərtərəfli inkişaf milli iqtisadi göstəricinin əsas hədəfi sayılmalıdır, siyasətçilər ÜDM artımındansa, bunu əsas götürməlidirlər. Həmin konsepsiyaya gəlir, iqtisadi imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti də daxildir. Bu baxımdan, sənəddə ayrı-ayrı ölkələrin göstəriciləri dəyərləndirilir.
79 inkişaf etməkdə olan ölkə sırasında Azərbaycan Litvadan sonra 2-ci yerdədir. Rusiya 13, İran 21, Gürcüstan 31, Ermənistan 50-ci yerdə qərarlaşıb.Hesabatda deyilir ki, 82 inkişaf etməkdə olan ölkədən 18-də İnklüziv İnkişaf İndeksi adambaşına düşən ÜDM-dən 9 vahid, yaxud daha yüksəkdir. Bu ölkələrdən altısı – Azərbaycan, Nikaraqua, Vyetnam, Kamboca, Banqladeş və Nepalda IDI adambaşına ÜDM göstəricilərindən 20 pillə yuxarıdır. «Bu da onu göstərir ki, bu ölkələrin inkişaf modeli adambaşına gəliri daha yüksək olan ölkələrdən daha balanslı və inklüzivdir», – sənəddə deyilir.
İnklüziv İnkişaf İndeksinə görə, inkişaf etmiş ölkələr siyahısında ilk beşliyi Norveç, Lüksemburq, İsveçrə, İslandiya və Danimarka tutub.Birləşmiş Ştatlar dünyanın ən varlı ölkələrindən biridir. Ancaq eyni zamanda, ən qeyri-bərabər ölkələrdən sayılır. ABŞ 30 inkişaf etmiş ölkə içində 23-cü yerdədir. Bu indeks üzə çıxarıb ki, Amerika rifah naminə heç də əlindən gələni etmir. (“Azadlıq” radiosu)
«The Atlantic» dərgisi yazır ki, Birləşmiş Ştatların belə zəif yer tutmasının səbəbi ölkənin dramatik şəkildə sərvətə konsentrasiya olmasıdır. ABŞ sosial müdafiə, iş və əmək kompensasiyası sahələrində də az bal toplayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam