Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ərdoğan Atatürkü hədəf göstərdi: "Bu gün o sazişlərin ağrısını çəkirik"

erdogan

 

Türkiyə prezidenti Ərdoğan bu gün muxtarlarla görüşündə Atatürkün dövründə imzalanmış məşhur "Lozanna" müqaviləsinə yönəlik sensasion çıxış edib.

Xeberinfo.com:  Məlumata görə, Ərdoğan həmin müqaviləni bağlayanları kəskin tənqid edərək, bu gün də bunun acısını yaşadıqlarılnı deyib:

"1912-ci ildən 1920-ci ildəkki sərhədlərimizə baxın. 1920-ci ildə imzalanan Sevr müqaviləsinə, bundan 3 il sonra isə imzalanmış "Lozanna" sazişinə baxın. Bugünkü Türkiyə torpaqlarımızın 1/5-dir. Baxın, Egedə səsini bir az qaldıranda, adalarda eşidilir. O adalar kimin olub, indi kimdədir?! "Lozanna" sazişini imzalamaq üçün stola oturanlar, bunun haqqını verə bilmədilər. İllərdir bunu bizə "Zəfər bayramı" kimi uddurublar. Oysa ki, bu, zəfər deyil, biz bu gün o sazişlərin ağrısını çəkirik".

Xatırlladaq ki, 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması, eyni zamanda, Atatürkün bu müqaviləni qəti yaxına buraxmaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu.

8 ay davam edən mübahisələrdən sonra, nəhayət, 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında tarixi "Lozanna" müqaviləsi bağlanıb. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynayıb. 

Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü.

Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.

Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi. 

"Lozanna" müqaviləsi, həm də Osmanlı sərhədləri daxilində yaşayan erməni və yəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tam hüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam