Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO sərt cavablarla təkzib edir

 

NATO və Rusiya Ukrayna böhranına görə bir-birini ittiham edir.
"Xeberinfo.com": Ukraynanın şərqində başlamış separatçı hərəkat zamanı 4300 nəfər öldürülüb. 
NATO ilə Rusiya arasında münasibətlər günbəgün pisləşir. Və bu proses qarşılıqlı ittihamlarla müşayiət olunur. 
Bu barədə Böyük Britaniyanın “The Business Insider” dərgisi yazı hazırlayıb. 
NATO Rusiyanın ona ünvanlandığı və tez-tez səsləndirdiyi ittihamlara aşağıdakı faktlarla cavab verir.
Russian soldiers in Crimea
Rusiya: Almaniya birləşdikdən sonra NATO şərqə doğru genişlənməyəcəyinə söz vermişdi.
NATO: Belə bir anlaşmanın olması barədə ortada elə bir sübut yoxdur. NATO-nun məlumatına görə, hətta Mixail Qorbaçev deyib: “Nə NATO, nə də Sovet liderləri NATO-nun genişlənməsi ilə bağlı bir dəfə də məsələ qaldırmadı”.
Rusiya: NATO-nun genişlənməsi Balkanlarda stabilliyi pozdu.
NATO: NATO-ya üzv olmaq həmin ölkələrin təhlükəsizliyini gücləndirdi və Balkanlarda demokratiyanın inkişafına təkan verdi.
Rusiya: Rusiyanın Krımla bağlı hərəkəti NATO-nun Kosovodakı hərəkətindən fərqlənmir.
NATO: ”Hərbi əməliyyatlar 10 ilə yaxın davam edən uğursuz sülh danışıqlarından sonra başladı. Serbiyanın repressiv idarəçiliyi Kosovodakı alban çoxluq arasında insan haqlarını pozurdu. Krım isə mübahisəli ərazi deyildi. Orada uzunmüddətli böhran da olmamışdı. Buna baxmayaraq, Rusiya həmin ərazini mart ayında ilhaq etdi”.
Rusiya: Ukrayna hakimiyyəti qeyri-qanunidir. Həmin hakimiyyətdə millətçilər və faşistlər üstünlük təşkil edirlər.
NATO: Ukrayna prezidenti böyük səs çoxluğu ilə seçilib. ATƏT seçkiləri azad və ədalətli sayıb. Radikal sağ partiyalar 5 faizdən də az səs topladılar və parlamentə düşmək üçün 5 faizlik baryeri keçə bilmədilər. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam