Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya NATO ilə barışmaq istəyir

Rusiya NATO ilə barışmaq istəyir
Rusiyanın və Avropa ölkələrinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi naminə NATO-Rusiya Şurasının fəaliyyəti yaxın gələcəkdə bərpa oluna bilər.
Yenixeber.org: “Ria Novosti” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə açıqlamasında deyib.

“Biz dialoqdan qaçmırıq. Problem ondadır ki, NATO baş katibi dialoqun davam etdirilməsi və gərginliyin azaldılmasının vacibliyinə dair bəyanat verir. Amma praktiki fəaliyyətində NATO bunun əksini edir. Məsələn, Rusiyanın Brüsseldəki diplomatlarına qarşı növbəti məhdudlaşdırıcı tədbirlər paketi qəbul edir.” - deyə Qruşko bildirib.

Bununla belə, Rusiya XİN rəsmisi yaxın perspektivdə Şuranın işinin bərpa olunacağını istisna etməyib.

Qeyd edək ki, 2002-ci ildə soyuq müharibədən sonra NATO və Rusiya arasındakı hərbi-siyasi münasibətləri və beynəlxalq terrorizmə qarşı birgə mübarizəni koordinasiya etmək üçün yaradılan NATO-Rusiya Şurasının fəaliyyəti 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra dayandırılıb. İraqSuriyadakı münaqişələr fonunda ikitərəfli hərbi təmaslar ilk dəfə 2017-ci ilin fevralından Bakı şəhərində bərpa edilsə də, NATO-Rusiya Şurası hələ ki, tam fəaliyyət göstərmir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam