Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Ermənilər də Rusiyadan üz döndərir: Moskva 5 milyard dolları da belə itirdi

Ermənistan Nazirlər Kabinetinin iclasında Rusiya ilə birgə inşası planlaşdırılan yeni atom elektrik stansiyasının layihəsinin ləğv edilib.

Xeberinfo.com:  Məlumata görə, xəbəri “RIA Novosti” agentliyi yayıb.  Xəbərə görə, Ermənistan Enerji və Təbii Sərvətlər naziri Yervand Zaharyan bunun səbəbini "daha çox müzakirəyə duyulan ehtiyacla" əsaslandırıb.

2018-ci ildə başlaması və 2026-ci ildə tamamlanması planlaşdırılan, İrəvan üçün 5 milyard dollara başa gələcəyi düşünülən layihəyə bir müddət əvvələ qədər investisiya axtaran Ermənistanın birdən-birə bu təşəbbüsdən vaz keçməsi təəccüb doğurur. Görünür, ermənilərin Qərbdəki pul kisələri Rusiyadan gələcək işığı qaranlıqdakı it hürüşündən daha təhlükəli hesab ediblər.

Əslində seysmik zonada yerləşən Ermənistanda atom elektrik stansiyası tikmək olduqca risklidir. Necə ki, 1989-ci ildə tamamlanaraq, xidmətə başlayan  və 25 min adamın həyatını itirdiyi Spitak zəlzələsindən sonra dayandırılan ASE-nin 1995-ci ilin noyabrında yenidən fəaliyyətə başlaması bütün Qərb ölkələrini əndişələndirmişdi. Ermənistan isə bu addımı ölkədə yaşanan enerji böhranıyla əsaslandırmış və bir stansiya ilə də kifayətlənmək istəməmişdi.Rəsmi İrəvan 2014-cü ilin mart ayında yeni nüvə reaktorunun inşasındakı gecikmələrə görə köhnə stansiyanın ikinci modulunun işə salınmasına icazə vermişdi.

İndisə ermənilər, "ümumiyyətlə, yeni reaktora ehtiyac varmı?" - sualı ərtafında düşünməli olacaqlar. Yeni reaktordan imtinanın Rusiya ilə Qərb arasında yaşanan gərginliklərlə eyni zamana düşməsi erməni ağlının öz iradəsilə işləmədiyi ehtimalına yol açır.

Olmaya, xislətindən xəyanət yağan qonşumuz öz himayədarından üz döndərir?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam