Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Qarabağ konflikti qaynar fazaya keçib”

 

1451231247

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”ndakı situasiya ciddi narahatlıq yaradır. 

Xeberinfo.com:   RİA-ya istinadən xəbərə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, təcili olaraq bu regionda konfliktin eskalasiyasının qarşısı alınmalıdır:

 

“Biz Qafqazda baş verənləri, xüsusilə təmas xəttində artıq ağır silahların istifadə olunduğu və insan itkilərinin yarandığı Qarabağ konfliktini böyük həyəcanla izləyirik. Hesab edirəm ki, bizim dövlətlərin siyasi resursları situasiyanın destablizasiyasına heç cür imkan verməmək üçün istifadə olunmalıdır. Bu gün artıq kifayət qədər qaynar fazada olan konfliktin genişmiqyaslı hərbi toqquşmaya çevrilməsinə imkan verməmək lazımdır. Əgər bu baş versə, o zaman bütün Qafqazı təhlükə gözləyir”.

 

Qeyd edək ki, cəbhənin təmas xəttində vəziyyət gərgin qalmaqda davam edir. Ermənilərin cəbhənin təmas xəttində Azərbaycan ordusuna qarşı aktiv əməliyyatlarına qarşı ordumuz sərt cavab verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam