Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ATƏT rəhbərliyindən həyəcanlı Qarabağ bəyanatı

 

ATƏT-in hazırkı sədri İviç Daçiç bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

"Xeberinfo.com:  Məlumata görə, görüşdə ATƏT-in baş katibi Lamberto Zanyer və təşkilatın Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər.
“Biz hamımız o fikirlə razıyıq ki, erməni-Azərbaycan təmas xəttində və sərhədində hərbi situasiya pisləşir ki, bu da regional sabitliyə və mülki insanların həyatına təhlükə yaradır” – bəyanatda deyilir.
Kasprşikin təqdim elədiyi monitorinqlə bağlı hesabatda bildirilir ki, 2015-ci ilin yanvarında 12 qurban və 18 yaralı qeydə alınıb ki, bu da 1994-cü ildə imzalanan atəşkəs anlaşmasından sonra ən yüksək göstəricidir. “60 nəfərin həlak olduğu 2014-cü ildən sonra biz bu tendensiyanın davam eləməsindən narahatıq. Konfliktin hərbi yolla həlli yoxdur və biz tərəfləri güc metodlarından istifadəni dayandırmağa çağırırıq”, – deyə sənəddə daha sonra bildirilir.
Sənəddə Minsk Qrupu həmsədrlərinin ATƏT sədrinin tam dəstəyi ilə konfliktin yekun həllinə gətirəcək danışıqlar prosesini sürətləndirməyə hazır olduğu qeyd edilir.

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam