Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rus-türk “savaşının” qalibi kim olacaq?

 

Türkiyənin rus hərbi təyyarəsini vurmasının səsi Azərbaycanda da eşidildi. 

Xeberinfo.com:   Bir sıra “ziyalı” adı daşıyan insanlarımız Türkiyənin Rusiyadan üzr istəməsini tələb etdilər. Bu zamana qədər ən ümdə problemlər qarşısında susqunluqlarıyla yadda qalan, həmişə “nə ət, nə balıq” mövqeyini ağrımayan başlarına duz bağlamamaq kimi qəbul edən bu “ziyalıların” birdən-birə vətən, millət sevdalısı kimi ortaya çıxması xeyli təəccüblü göründü. Hər kəs dil pəhləvanlarının arxasında kimin dayandığını düşünərkən, birdən-birə Rusiya prezidenti Vladimir Putinin Moskvadan eyni xarakterli tələb irəli sürməsi “xoruzun görünən quyruğu"na bənzədi.

Türkiyəylə bir millət, iki dövlət olmaqla qürurlanan ölkəmizin çörəyini yeyib rus ağzıyla danışan “ziyalı”larımızın mövqeyinə ictimai qınaq da özünü çox gözlətmədi. Adətən, yıxılan ağaca balta vurmağa öyrəşmiş bir başqa ziyalı qrupu ortaya çıxıb, qardaş ölkəyə ağıl öyrədən “aqillər”imizi “ağ yuyub qara sərdi”. Yenə gözlər yumuldu, ağızlar köpükləndi, emosional, sentimantalist vətənsevərlik çığırtqanlığından doğan kəlmələr göylərdə uçuşdu. Halbuki Türkiyədən üzr tələb edən “ziyalılar” qədər, onları züyə tutanlar da eyni məntiqlə hərəkət edir, məsələnin mahiyyətinə varmadan “aqillərə” ağıl öyrətməklə məşğul idilər.

Bəs, görəsən, hansı tərəf öz mövqeyində haqlıydı?

Zənnimizcə, bu suala birmənalı cavab vermək olmur. Məsələ burasındadır ki, Türkiyədən üzr tələb edilməsinin hüquqi, qardaş ölkənin Rusiyayla bu cür konfliktə getmək arzularının isə siyasi əsası yoxdur. Nə demək istədiyimizi anlamaq üçün gəlin, məsələlər bir neçə aspektdən nəzər salaq.

Məlum olduğu kimi, Türkiyə rus təyyarəsini dövlət sərhədlərini pozduğu üçün vurub. Hər hansı bir ölkənin dövlət sərhədləri, o cümlədən hava sahəsi toxunulmazdır. İstənilən ciddi dövlət belə məsələlərdə həssas davranar, təcavüzkar tərəfə həddini bildirər. Türkiyə də haqlı olaraq dəfələrlə təkrarlanan bu sərhəd pozuntularına sərt təpkisini göstərmiş, Rusiyanı təcavüzə son qoymağa çağırmışdı. Qarşı tərəfin bunu qulaqardına vurması mütləq hansısa bir əməli fəaliyyətlə cəzalandırılmalıydı. Ankara isə bu cəzalandırmanın ən sərt formasını seçdi. Bütün hallarda yenə hüquqi baxımdan haqlı olduğu üçün onun üzr istəməsi əbəs olar, “buyurun, nə qədər istəyirsiniz, dövlət sərhədlərimizi poza bilərsiniz” məntiqini doğurardı ki, bunu bir dövlətdən tələb etmək, bir iffətli ailəyə “namusunun tapdalanmasına göz yum” deməyə bənzəyər.

Bununla belə, Türkiyənin hava sahəsini pozan rus təyyarəsinə ən sərt şəkildə cavab verməsi bir sıra siyasi nəticələr doğuracaq ki, qardaş ölkə bunları göz önünə almalıydı.

Əvvəla, bu sərt reaksiya iki dövlət arasındakı normal münasibətlərə mənfi təsir göstərəcək,hərbi gərginliyi artıracaq. Bunun ilk təzahürləri də artıq görünməyə başlayıb. Məlumata görə, Rusiya özünün ən böyük təyyarə gəmisini Türkiyənin Aralıq dənizinin sərhədlərinə göndərib. “Moskva” adlı bu gəmidə onlarla təyyarədən tutmuş, S-300 raketlərinə qədər xeyli hərbi silah-sursat var.

Üstəlik, Rusiya bundan sonra Türkmən dağı ətrafında hərbi əməliyyatlarda bombardmançı təyyarələriylə yanaşı, qırıcılardan da istifadə edəcəyini açıqladı. Bu o deməkdir ki, Türkiyə bombardmançı təyyarələrə atəş açarsa, rus qırıcılarının hücumuna məruz qalacaq. Başqa sözlə, getdikcə nəzarətdən çıxan hərbi gərginlik iki dövlətin üz-üzə gəlməsiylə nəticələnə bilər.

Sirr deyil ki, Türkiyənin rus təyyarəsini vurmasının başlıca səbəblərindən biri bölgədəki türkmənləri müdafiə etmək idi. Hər halda rəsmi mövqe belə düşünməyə əsas verir. Yəqin ki, bu addımla qardaş ölkə Rusiyanı türkmənlərə qarşı aqressiyadan çəkindirməyə çalışırdı. Nəticə etibarilə isə qəzəblənmiş Rusiya ordusuyla üz-üzə qaldı. Böyük ehtimalla, Moskva dünya ictimaiyyəti qarşısında beş quruşluq olan nüfuzunu bərpa etmək üçün daha aqressiv hücumlara əl atacaq, öz hərbi təcavüzünü artıracaq. Beləcə, ya Türkiyə onunla vuruşmaq məcburiyyətində, ya da türkmənlər daha ağır hücumlara məruz qalacaq. Bu mənada Türkiyənin öz məqsədinə çatdığını demək çətindir.

Ən başlıcası isə, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi qardaş ölkədən daha çox Moskva ilə NATO hesablaşmasının bir təzahürü idi. İstər Ukraynada, istərsə də Yaxın Şərqdə at oynadan Rusiyaya qarşı bütün NATO qüvvələrinin birgə fəaliyyətə keçməsi tələb olunurdu. Ukraynanın işğalına qorxudan göz yuman Avropa ölkələrinin bu laqeydliyi Moskvanın Yaxın Şərqə müdaxilə etməsiylə nəticələndi. Türkiyə rus təyyarəsini vuraraq faktiki Moskvaya cənub cəbhəsindən savaş açdı.Məntiqlə, Avropanın da şimal cəbhəsini açmağı tələb olunurdu. İndiyə qədər isə Ukraynada cəbhəsindən hər hansı atəş səsləri eşidilmir. Qərb rus aqressiyasına qarşı sadəcə ümumi bəyanatlar verməklə vəzifəsini tamamlanmış hesab edir. Belə çıxır ki, Ankara rus təhlükəsi qarşısında tamamilə yalnız buraxılıb. İnsidentin yaşandığı gün Pentaqonun “Türkiyə hadisə ilə bağlı bizi məlumatlandırsa belə, təyyarəni vurması öz qərarı idi” deməsi də bu ehtimalı qüvvətləndirir.

Qərbin bir müddət öncə Ukraynanı Rusiya qarşısında tək buraxması təcrübəsi var idi və Ankara bu ehtimalı gözardı etməməliydi. Fikrimizcə, bu qədər etibarsız dostlarla yola çıxmaqdansa, Türkiyə Suriya və Rusiya ilə münasibətlərini düzəltməli, anti-Bəşər mövqeyindən zamanında əl çəkməliydi. Ziyanın yarısından qayıtmaq həm Türkiyəni indiki riskə atmaz, həm də türkmənləri hərbi təcavüzdən qoruya bilərdi.

Türkiyə-Rusiya arasında konfliktlərin böyüməsi hər iki ölkənin iqtisadi vəziyyətinə də mənfi təsir göstərəcək. Xüsusilə Avropanın Rusiyaya sanksiyalarından sonra iki dövlət arasında ticari əlaqələr getdikcə artmış, turizmdən tutmuş, enerji mənbələrinə, tekstil, qida mallarına, inşaat sektoruna qədər bütün sahələrdə ciddi inkişaf mərhələsi başlamışdı. Sinay yarımadasında sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Misirə tətilə gedən ruslar Türkiyəyə yönəlmiş və bu da ölkə iqtisadiyyatına 10 milyardlarla dollar əlavə qazanc gətirəcəkdi. Ümumiyyətlə bu ildən başlayaraq, iki ölkə arasında ticarət həcminin 100 milyard dolların üzərinə çıxacağı gözlənilirdi. Təyyarə olayından sonra bu məsələ də gündəmdən çıxdı. Artıq Rusiya türk iş adamlarını geri göndərir, onların ölkəyə yatırdığı investisiyaları əllərindən alır. Rusiya bazarını itirmək isə Türkiyə üçün asan başa gəlməyəcək.

Sözsüz ki, Rusiya da bu proseslərdən daha çox itirəcək. Ağır sanksiyalarla üzləşən bu ölkə son zamanlar bütün ümidini Türkiyə, İran və digər Şərq ölkələrinə bağlamışdı. İndisə o kitab da qapacaq. Bu isə Rusiyaya sanksiya tətbiq edən Qərb ölkələrinin işinə yarayır.

Göründüyü kimi, hər iki ölkənin yeni türk-rus “savaşından” məğlub ayrılacağı gözlənilir. Münaqişənin qalibləri isə yenə Qərb ölkələri olacaq.

 

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam