Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hüseyin Haydar: "Türk xalqı adından Rusiyadan üzr istəyirəm"

Xeberinfo.com:  Rusiyanın, demək olar ki, bütün kütləvi informasiya vasitələri tez-tələsik belə bir xəbər dərc etdilər ki, məşhur türk şairi Hüseyin Haydar yazdığı şeirdə Rusiya xalqından, rus şairlərdən və onun ölkəsi tərəfindən vurulmuş RF hərbi təyyarəsinin həlak olmuş pilotunun anasından üzr istəyib. Xəbərlərdə o da qeyd olunur ki, Haydar bir neçə şeir kitabının müəllifi kimi oxucuların və ədəbi tənqidçilərin rəğbətini qazanıb. 2012-ci ildə isə şair Türkiyədə nüfuzlu Yunus Nadi adına mükafata layiq gorülüb.

Haqqin.az və Virtualaz.org-a eksklüziv müsahibəsində Hüseyin Haydar onu Rusiyadan üzr istəməyə sövq edən səbəblərdən və bu hərəkətinə Türkiyə ictimaiyyətinin reaksiyasından danışıb.

- Rusiyadan üzr istəmək sizin şəxsi təşəbbüsünüzdür, yoxsa türk ziyalıları, bəlkə elə ümumilikdə türk xalqı belə hesab edir ki, məhz bu cür hərəkət etmək lazım idi?

- Məlum olduğu kimi, istənilən ölkədə şairin fikri xalqın fikrinin ifadəsidir. Xalq bizi ilhamlandırır, deməli, mən də türk xalqının fikrini ifadə edirəm.

Düzünü desəm, düşünürəm ki, heç də həmişə şairin söylədikləri bütün xalqın mövqeyi deyil... Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozub, bəs siz nəyə görə üzr istəyirsiniz?

- Mənim bildiyim qədər, təyyarə doğrudan da bizim hava məkanımızı pozub, amma cəmi 17 saniyə ərzində, və mən anlamıram ki, onu vurmağa nə lüzum var idi...

- İddia edirsiniz ki, türk ictimaiyyəti sizin fikirlərinizi bölüşür. Bəs belə olan halda necə olur ki, Ərdoğanın partiyası dəyişməz olaraq bütün seşkilərdə qalib gəlir?

- Sizinlə razılaşmıram. Deyəsən Türkiyə gerçəkləri ilə yaxından tanış deyilsiniz. Bu seçkilər inzibati ehtiyatlar hesabına Ərdoğanın komandası üçün uğurlakeçir. Bax bu gün müstəqil sorğu keçirsək, əksər türklər hökumətin Suriyadakı siyasətinə qarşı çıxacaq.

Biz Suriyada nəyə nail olduq? Heç nəyə, nəzərə almasaq ki, üfüqdə artıq kürd dövləti görünməyə başlayıb. Bu, Türkiyə hökumətinin səhvlərinin nəticəsidir.

- Şeirinizin dərcindən sonra sizi, çox güman ki, Moskvaya dəvət edəcəklər. Belə bir dəvəti qəbul edəcəksiniz?

- Bircə onu deyə bilərəm ki, dəvətsiz Rusiyaya getmərəm. Amma əgər belə bir dəvət olarsa, mütləq bu imkandan istifadə edərdim və bir daha Türkiyə səmasında baş verənlərə görə Rusiya xalqından üzr istəyərdim. Bir daha deyirəm: bu, yalnız mənim deyil, xalqın əksər hissəsinin mövqeyidir.

- Siz tez-tez NATO-nun və Türkiyənin bu təşkilatda üzvlüyünə qarşı çıxırsınız. NATO sizə nə edib ki?

- NATO-da uzun illər üzvlüyümüz dövründə heç nəyə nail olmamışıq. Məsələn, NATO hər dəfə Türkiyəni müxtəlif avantüralara çəkir.

- Amma mübahisə mövzusu da ola bilməz ki, NATO Türkiyənin təhlükəsizliyinin qarantıdır. NATO olmasaydı, SSRİ boğazları ölkənizin əlindən ala bilərdi. Elə indinin özündə də Rusiyada bəzidəlisov şəxslər Bosforla Dardaneli (İstanbul və Çanaqqala boğazlarını — virtualaz.org) nəzarət altına götürməyi təklif edirlər...

- Bunlar boş sözlərdir, Rusiya heç zaman Türkiyəyə hücum etməzdi. Bu mövzu məxsusi olaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təşviq olunurdu ki, Türkiyəni qorxutsunlar və NATO-ya daxil olmağa məcbur etsinlər.

- Amma keçmişdə Rusiya ilə Türkiyə arasında az müharibə olmayıb. Əgər üzt-üztə gəlsək, rus-türk müharibələri tarixin 350 illik bir dövrünü (1568-1918-ci illəri) əhatə edir. Bu dövr — üç əsr yarım ərzində Rusiya və Türkiyə 69 il müharibə şəraitində olublar. Buna nə deyirsiniz? Türkiyə başqa kimlə bu qədər vuruşub?

- Bəli, müharibələr olub, lakin bunlar keçmişdə qalıb. İndi dünya dəyişib, müharibə heç kimə sərfəli deyil. Rusiya bizim çox vacib partnyorumuz idi, Ərdoğan hökuməti isə bir səhv addımı ilə bütün əlaqələrimizin üstündən xeyli müddətə xətt çəkdi.

Baxın, Antalyada hotellərin əksəriyyəti boşdur, tekstil sənayesi zərərlə işləyir. Bu vəziyyətdə nə deyəcəksiniz, bu böhrandan qazanc əldə etmişik? Düşünürəm ki, hökumət Rusiyadan üzr istəməyə özündə qüvvə tapmalıdır. Bunu zəiflik əlaməti kimi deyil, müdriklik kimi qəbul etmək lazımdır.

- Bu gün siz hökumətinizdən tələb edirsiniz ki, Rusiyadan həmin ölkənin təyyarəsinin Türkiyənin hava məkanını pozduğu səbəbilə vurulmasına görə üzr ustəsin, bir də gördünüz sabah tələb etdiniz ki, 1915-ci ildə baş verənlərə görə də ermənilərdən rəsmən üzr istəsinlər...

- Sözlərimi öz təbirinizcə yozmaq lazım deyil. Mən heç vaxt istəməmişəm və istəmərəm ki, olmayan bir şeyə görə üzr istənilsin. «Erməni genosidi» əfsanəsi Qərb tərəfindən Türkiyəyə təzyiq məqsədilə uydurulub. Mən isə düşünürəm ki, məhz Erməniztan özü azərbaycanlılara qarşı genosid həyata keçirib və Azərbaycanın ərazisini işğal edib. Ərdoğan öz qaynar enerjisini bunlara sərf etməlidir. O, qardaş Azərbaycan xalqının maraqlarını müdafiə etməlidir, Suriyaya girməli deyil.

Suriya bizim problemimiz deyil. Türkiyə əvvəlcədən Suriya münaqişəsinə qarışmamalı idi. Bizim vəzifəmiz Qarabağı Azərbaycana qaytarmaq, azərbaycanlılara qarşı törədilmiş genosidin günahkarlarını tapıb cəzalandırmaqdır. Suriya münaqişəsi yox, bu bizim vəzifəmiz olmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam