Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Misir Qərbi məlumatları gizləməkdə ittiham etdi

 

Birləşmiş Ştatlar, Britaniya və başqa xarici ölkələr Rusiya təyyarəsinin keçən həftə qəzaya uğraması ilə bağlı kəşfiyyat məlumatlarını Misirlə bölüşmür.

 Xeberinfo.com:  Məlumata görə, bu barədə Misirin xarici işlər naziri Sami Şukri jurnalistlərə açıqlamasında deyib. Qahirədə açıqlamalar verən Şukri xarici kəşfiyyat orqanlarının təyyarədə bombanın partlamasının mümkünlüyünə işarə edən məlumatların indiyə qədər Misir təhlükəsizlik xidmətinə ötürülmədiyindən şikayət edib.

 

Xarici İşlər naziri deyib ki, Misir hökuməti Qərb ölkələrinin texniki məlumatları rəsmi Qahirə ilə bölüşəcəyini gözləyirdi. Fransa mətbuatının verdiyi xəbərə görə, təyyarənin qara qutularından əldə edilmiş məlumatlar keçən həftə Sinay yarımadası üzərində qəzaya təyyarədə yerləşdirilmiş bombanın partlaması olduğuna işarə edir. Qəza nəticəsində 224 insan həyatını itirib. 

Fransa 2 televiziyası və Fransa xəbər agentliyi AFP təhqiqata yaxın mənbəyə istinad edib. 

Təhqiqatçılar Fransa xəbər agentliyinə bildirib ki, uçuş yazıları və pilot kabinasında səs yazısı Rusiya təyyarəsində hər şeyin normal olduğunu göstərir. 

Təyyarənin havaya qalxmasından 24 dəqiqə sonra qutulardan birinin qeydə aldığı gurultulu səs bombanın partlamasına işarə hesab edilir. 

ABŞ prezidenti Barak Obama və Britaniyanın Baş naziri Deyvid Kameron da təyyarədə bomba partlayışının baş verdiyinin mümkünlüyünü qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam