Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Misirdə məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb-FOTO- YENİLƏNİB

Yenixeber.org: Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir. 

Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. 

***

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər. 

*** 

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 120 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

*** 

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 80 nəfərə çatıb. 

“Report” xəbər verir ki, məlumatı "Al-Arabiya" yayıb.

Misir dövlət televiziyası bildirib ki, terror nəticəsində ölənlərin xatirəsini yad etmək üçün ölkə ərazisində üçgünlük matəm elan olunub.

*** 

Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı törədilib.
Terrorçular məscidin içində özlərini partladıblar. 

Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam