Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fransadakı dəhşətli aviaqəzada 142 adam öldü

 

Fransanın cənubunda qəzaya uğrayan “Germanwings” aviaşirkətinə məxsus A320 təyyarəsinin qalıqları Barselonet (Fransa) şəhərinin yaxınlığında, Alp dağlarında tapılıb.

"Xeberinfo.com":  APA-nın “Agence France Presse”yə istinadən xəbərinə görə, təyyarənin dəniz səviyyəsindən 2700 metr yüksəklikdə, dağlıq ərazidə qəzaya uğradığı məlum olub.

Bu ərazidə faktiki olaraq yol olmadığından, xilasedicilər və yanğınsöndürənlər hələlik hadisə yerinə gedib çıxa bilməyiblər. Fransa prezidenti Fransua Olland xalqa müraciətində avialaynerin qəzaya uğraması nəticəsində sağ qalanların böyük ehtimalla olmadığını bəyan edib: “Hələlik qəzanın səbəbləri haqqında danışmaq tezdir. Hadisənin səbəblərinin araşdırılması üçün qərargah yaradılıb. Böyük ehtimalla 142 sərnişinin hamısı həlak olub”.

Təyyarənin məxsus olduğu “Lufthansa” şirkətinin törəmə müəssisəsi olan “Germanwings” aviaşirkətindən isə qəza ilə bağlı heç nə deyə bilməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Fransa Mülki Aviasiya İdarəsi təyyarədə 142 sərnişinin və 8 ekipaj üzvünün olduğunu açıqlayıb. Sərnişinlərin əksəriyyətinin Almaniya vətəndaşları olduğu bildirilir.

*   *   *15:51

Bəzi Avropa saytları yazır ki, hadisə terror nəticəsində baş verə bilər. Çünki "Airbus A320" etibarlı  təyyarədir və ən əsası eniş və ya qalxış zamanı deyil, düz uçuş zamanı qəzaya uğrayıb. Bu da terror şübhələrini artırır.

Lakin fərqli qaynaqlar iddia edirlər ki, təyyarə köhnədir, 1990-cı ildə istehsal olunub, bu səbəbdən də qəza ehtimalı böyükdür.

Qeyd olunur ki, bu ailədən olan təyyarələrin serial buraxılışı 1988-ci ildən Fransa və Almaniyada başlanıb, daha sonra, 2011-ci ildən etibarən təyyarənin yığılması Çində həyata keçirilir.

"Germanwings" şirkəti "Lufthanza" şirkətinə bağlıdır, ucuz uçuşları həyata keçirməsi ilə populyardır. Qəza şirkətin ilk qəzasıdır. "Lufthanza" şirkəti qəza ilə bağlı açılama verməyib. 

Qəzanın baş verən yeri mürəkkəb dağlıq ərazidir. Qəza Alp dağlarında baş verib. Ora yetişmək olduqca çətindir. Bu səbəbdən də indiyə qədər heç bir foto-video görüntü yayınlanmayıb. Fransa daxili işlər naziri açıqlama verərək deyib ki, təyyarənin qəza yeri və qalıqları bir vertolyotla müəyyənləşdirilib.

Ehtimal olunan qurbanlar daha çox Almaniya vətəndaşlarıdır. Uçaqla bağlantı kəsildikdə, o, 6800 fut yüksəklikdə olub. Və o, qəfildən radarlardan itib.

Hadisə ilə bağlı İspaniya baş nazirinin müavini də açıqlama verib. O deyib ki, qəzada ölənlərin çoxu - 48 nəfəri İspaniya vətəndaşlarıdır. Onun bu açıqlaması ilkin məlumatlarla ziddiyyət təşkil edir.

Almaniya tərəfi bildirir ki, qəzaya uğrayan təyyarədə əslində 154 nəfər ola bilər.

Hadisə ilə bağlı Fransada səfərdə olan İspaniya kralı da açıqlama verib. Bakı vaxtı ilə saat 16:35-də canlı yayımla verilən açıqlamada kral bildirib ki, həlak olanlar əsasən İspaniya (45) və Almaniya vətəndaşlarıdır. Lakin İspaniya kralı ilk dəfə açılama verib ki, uçaqda Türkiyə vətəndaşları da olub. O, hər 3 ölkənin xalqlarına, həlak olduğu ehtimal edilən qəza qurbanlarının yaxınlarına başsağlığı verib. 

İspaniya kralını qəbul edən Fransa prezidenti deyib ki, hadisənin səbəbləri məlum deyil. Lakin məlum olan budur ki, uçaqda Alman, İspaniya və Türkiyə vətəndaşları olub. Olland deyib ki, hazırda qəza yerinə xilasedicilər yetişmək üzrədirlər, oralar olduqca mürəkkəb, dağlıq ərazidir, ordu və jandarm səfərbər olunub.

Almaniya xarici işlər naziri Steinmeier isə bunu bildirib: "Fəlakətin detallarını araşdırmağa çalışacaq böhran masası yaratmışıq".

*  *  *15:00

Bu gün Fransada “Airbus A320” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, qəza ölkənin cənubundakı Yuxarı Alp Provansı departamentində baş verib.

“German Wings” şirkətinə məxsus təyyarə Barselonadan (İspaniya) Düsseldorfa (Almaniya) uçurmuş.

Mülki Aviasiya Agentliyindən verilən xəbərə görə, təyyarədə 142 sərnişin və 6 ekipaj üzvü olub. Onların taleyindən heç bir xəbər yoxdur. Xilasetmə briqadaları dərhal hadisə yerinə göndərilib.

Fransa rəsmiləri də faktı təsdiqləyib. Baş nazir qəzadan təəssüfləndiklərini bildirib.

Fransa prezidenti Fransua Olland isə deyib ki, qəzanı təsdiqləyən fotoşəkillər oradan kiminsə sağ çıxa bilməsini istisna edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam