Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Yaponiyada son 126 ildə rekord isti qeydə alınıb

 
Yaponiyada iyul ayı son 126 ilin ən isti ayı olub.
Yenixeber.org:  Bu qənaətə Yaponiya Meteorologiya Agentliyinin məlumatlarını təhlil edən ekspertlər gəlib.
Onların hesablamalarına görə, ötən ayın orta temperaturu Selsi üzrə 25,96 dərəcə olub. Bu, belə statistikanın aparılmağa başladığı 1898-ci ildən indiyədək ən yüksək göstəricidir. Əvvəllər ən isti 1978-ci ilin iyulunda qeydə alınıb. Belə ki, o vaxt orta aylıq temperatur 25,58 dərəcə təşkil edib. Son 126 il ərzində iyulun orta temperaturu 1,5 dərəcə yüksəlib ki, meteoroloqlar bunu qlobal istiləşmə və iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Eyni zamanda böyük şəhərlərdə də istilər rekordlar qırır. Yaponiya Meteorologiya Agentliyinin saytında dərc olunan hesabata görə, Tokioda iyulun orta temperaturu 28,7 dərəcə olub.
İsti hava fonunda günvurma ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır. Belə ki, iyulun son həftəsində 11 mindən çox insan xəstəxanalara yerləşdirilib. Son günlər bəzi rayonlarda 39 dərəcəyə çatan yüksək temperatur səbəbindən bəzi turizm məkanlarına giriş məhdudlaşdırılıb. Xüsusilə, avqustun sonuna qədər Kamakura şəhərindəki Kotokuin məbədinin ərazisindəki Böyük Buddanın - nəhəng tunc heykəlin içərisinə daxil olmaq mümkün deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam