“İQLİM DƏYİŞİKLİYİNİN DAĞIDICI GÜCÜ DÜNYANI ŞOKA SALIB” -“Əvvəl elə göründü ki, pandemiya iqlimə ”nəfəs almağa” imkan verib, amma...”
Son illər dünyanın ən çox müzakirə etdiyi məsələlərdən biri də iqlim dəyişikliyidir. Bir çox alimin gəldiyi qənaətə görə, qlobal istiləşmə sürətlə gedir və burada antropogen faktor xüsusi yer tutur. Sənaye müəsissələrinin, müxtəlif nəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirməsi və atmosferə buraxdıqları zərərli qazların miqdarının artması iqlim dəyişikliyinin əsas səbəbi kimi göstərilir.
Yenixeber.org: Bunun azaldıması üçünsə əksər ölkələr Paris iqlim müqaviləsi imzlayıblar. Amma qlobal istiləşmənin birbaşa insan fəaliyyəti ilə bağlı olmadığını iddia edənlər də az deyil. Məsələn, ABŞ prezidenti Donald Tramp deyir ki, iqlim dəyişikliyində insanın oynadığı rol hədsiz şişirdililr.
Bəzi elm adamları hazırkı iqlim dəyişikliyini Günəşdə baş verən hadisələrə, Yer kürəsinin öz oxu ətrafında fırlanması zamanı meydana gələn əyilmə bucağının tsiklik dəyişməsinə və Kosmosda baş verən müxtəlif hadisələrə bağlayaraq, maraqlı əks arqumentlərlə çıxış edirlər.
Bəli, hələ ki, alimlər arasında tam yekdil fikir yoxdur, amma əksəriyyət hər halda insanın havanı çirkləndirdiyi və nəticədə atmosferdə parnik effekti əmələ gəlməsi versiyasının üstündə durur. Hər halda, alimlərin hansı fikirdə olmasından asılı olmayaraq, iqlim dəyişikliyinin təzahürləri əyani çəkildə hiss edilməkdədir.
Sözügedən mövzu ilə əlaqədar İsveçin “Aftonbladet” qəzeti “2020-ci ildə iqlim dəyişikliyinin dağıdıcı gücü dünyanı şoka salıb” başlıqlı məqalə dərc edib.
Həmin məqaləni təqdim edirik:
“22 iyun 2020-ci il. Rusiyanın Verxoyansk şəhəri. Bu şəhər Şimal Qütb dairəsindən 100 kilometr aralıda yerləşir. Bu Sibir şəhəri Yer kürəsinin ən soyuq yaşayış məskənlərindən biridir. Lakin həmin gün orada yaşayan 1,3 min sakin öz gözlərinə inanmayıb. Termometr dirəyindəki göstərici inanılmaz səviyyəyə - müsbət 38 dərəcəyə qədər qalxmışdı. Həmin vaxt şəhərin ətrafındakı donmuş ərazi ərimiş, ətrafda çiçəklər açmışdı.
Əksəriyyət hesab edirdi ki, 2020-ci il iqlim hərəkətlənmsəi olacaq. Gözlənilirdi ki, ”Gələcək naminə cümə günü”(Fridays for future) şüarıyla keçiriləcək nümayiş irimiqyaslı olacaq və noyabr ayında planlaşdırılan bu aksiya Qlazqo iqlim konfransına kimi özünün kulminasiya həddinə çatacaq.
Amma sonra koronavirus səbəbilə böhran başladı. İqlim konfransı təxirə salındı. İndi nümayişçilər öz mövqelərini rəqəmsal formatda elan edirlər. Əvvəl elə göründü ki, pandemiya iqlimə ”nəfəs almağa” imkan verib. Təyyarələr havaya qalxmadı, zavodlar yarı gücü ilə işlədi, ölkələr isə bir-birinin ardından karantinə getdiər.
İlk hesabatlar göstərirdi ki, atmosfer çirkələnməsi kəskin azalıb və artıq Paris müqaviləsində qarşıya qoyulan hədəfə çatmağa lap az qalıb. Ancaq yay başlayan kimi işlənmiş qazın havaya buraxılması əvvəki səviyyəsinə qayıtdı, bəlkə də hətta artdı. Bütün dünya üzrə ölkə liderləri pandemiyanı dayandırmaq üçün mümükün olan tədbirlər gördükləri bir vaxtda iqlim dəyişikliyinin dağıdıcı nəticələri daha hissedilən oldu.
Tropik gecələr və Sibirdə neft sızıntısı
Məkan: Sibir-Rusiya. Zaman: 2020-ci ilin yazı və yayı. 2020-ci ildə iqlim dəyişkiliyinin təzahürləri Sibirdə olduğ kimi heç yerdə bu cür açıq-aşkar görünməyib. Orada hələ qış aylarında havanın temperaturu yüksək idi və temperatur irəlidə də artacaq.
Gözəl yaz günlərinin birində Şimal Qütb dairəsinin 500 kilometriliyində yerləşən Sibirin Xatanqa kəndinin sakinləri termometrdə müsbət 25 dərəcə görüblər. İlin bu vaxtı üçün belə temperatur ölçüyəgəlməz isti deməkdi. Yayda isə əksər meteroloji stansiyalar Şimal Buzlu Okean sahili boyunca “tropik gecələr” qeydə alıblar və ümumiyyətlə isə, temperatur 20 dərəcədən aşağı düşməyib.
Bu ərazilərdə daimi buzlanma tədricən çəkildikcə torpaq zəmin dağlmağa başlayıb və ona görə də yanacaq rezervuarlarında sızıntı əmələ gəlib. Nəticədə 20 min ton dizel yanacağı yaxınlıqdakı çaya tökülüb və beləkilə ekoloji fəlakət yaranıb.
Müsbət 54.4 dərəcəlik rekord istilik
Məkan: “Ölüm vadisi” - ABŞ. Zaman: 19 avqust 2020-ci il. Avqust ayında ABŞ-ın “Ölüm Vadisi”milli parkında termometr 54.4 dərcəyə kimi yüksəlib. Hələlik, həqiqətənmi bunun Yer Kürəsində qeydə alınmış ən yüksək temperatur olub-olmadığı tam bəlli deyil.
Lakin bir şey şübhəsizdir: 2020-ci ildə anomal istilər tez-tez baş verib və temperatur daha da artmağa başlayıb. Hər şey ona işarə edir ki, Yer kürəsində temperaturun müşahidə edilməsi tarixində 2020-ci il ən isti illərdən biri olub. Elə hesab etməyin ki, istilik üzrə bu rekordlar dəyişilməz qalacaq.
Böyük çəyirtkə sürüsü
Məkan: Şərqi Afrika və Somali. Zaman: Bütün 2020-ci il. Afrika üzərindən milyardlarla çəyirtkə sürüsü uçaraq yolları üstündəki nə varsa hər şeyi gəmirirdilər və bu zaman bütün səma qaranlığa bürünür, yer isə çılpaqlaşırdı.
BMT bunu son 25 ilin ən qorxulu çəyirtkə hücumu adlandırandan sonra, məlum idi ki, milyonlarla insan aclıq fəlakətiylə üzləşəcək. Ziyanvericiləri təyyarələrdən səpilən insektisidlərlə zəhərləsələr də, onların hücumlarını tam nəzarət altına alamaq mümkün olmayıb.
Belə bir vəziyyətin meydana gəlməsi üçün bu və ya digər halda ekstremal hava şəraiti olmalıdır. İndi artıq belə hava şəraiti ilə tez-tez qarşılaşırıq. Hələ bu yaxınlara kimi, ayrı-ayrı siklonlar Hind okeanında təxminən ildə bir dəfə coşurdu. Ancaq təkcə 2019-cu ildə belə siklonların sayı səkkizə çatıb.
”Qiyamət gününün buzlaqları” qırılır
Məkan: Qərbi Antraktida. Zaman: Bütün 2020 -ci il. Qərbi Antarktikadakı “Tueytsa” və “Payn Aylend” buzlaqları özündə nəhəng buz kütləsi toplayan tıxac rolunu yerinə yetirir. Bu, elə böyük həcmdədir ki, əridiyi təqdirdə, dünya okeanının səviyyəsini üç metr qaldıra bilər.
2020-ci ildə bəlli oldu ki, hər iki buzlaq çox bərbad vəziyyətdədir. Fevral ayının əvvəlində alimlər Tueytsa buzlağı altında isti suya rast gəldikləri barədə məlumat veriblər. Bundan iki həftə sonra həmin buzlaqdan beş Manhetten(Nyu-York şəhərində ada) böyüklükdə aysberq qopub. Sentyabr ayında isə alimlər xəbardarıqla bildiriblər ki, hər iki buzlaqda hərəkətlilik başlayıb.
Rekord sayda qasırğalar xaos yaradır
Məkan: Qərbi Hind adalar qrupu. Karib dənizi hövzəsi. Zaman: 2020-cilin payızı. Atlantikada heç zaman bu ilki qədər çoxlu sayda (30 dəfə) tropik qasırğa olmayıb.
Eta və Yota qasırğaları Qərbi Hind və Mərkəzi Amerikadan keçən vaxt yüzlərlə insan tələf olub, minlərlə ev dağılıb. Alimlər qasırğaların tezliyini və dağıdıcılıq gücünün artmasını okean temperaturunun yüksəlməsiylə əlaqləndirirlər. Bu isə, iqlim dəyişikliyi nəticəsində meydana gəlir.
Məhvedici meşə yanğınları
Məkan: Kaliforniya-ABŞ Zaman: 2020 -ci ilin payızı. 2020-ci ildə meşə yanğınları uzun müddət ərzində KİV-lərin müzakirə mövzusu oldu. Hər şey Avstraliyadakı dağıdıcı yanığınla başladı. Sonra isə hədsiz istilər səbəbindən alov Amazon meşələrini və Cənubi Amerikanın digər geniş ərazilərini bürüdü. Kulminasiya nöqtəsi kimi Kaliforniya meşələri yandı.
14 min yanğınsöndürən miqyasına görə ABŞ tarixində ikinci ən böyük yanğın fəlakətinə qarşı mübarizə apardı. Otuz iki nəfərin ölümüylə nəticələnən bu yanğının vurduğu zərər çox böyük oldu. Minlərlə ev yanıb, çoxlu sayda vətəndaş doğma yerlərini tərk etmək məcburiyyətində qalıb. Kaliforniyada indiyədək baş verən ən dəhşətli 20 yanğının altısı 2020-ci ilə təsadüf edir.
Belə ağır dramın siyasi nəticələri də var və bu, iqlim dəyişkilyinə skeptik yanaşan Donald Trampı Kaliforniya ştatında fövqəladə vəziyyət elan etməyə məcbur etmişdi.”
“azpolitika”