Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

İranda 14 vilayəti toz basıb

Son illər İranda su hövzələrinin quruması və bu sahədə yaşanan ciddi problemlər ölkənin bəzi vilayətlərinin tozdan əziyyət çəkməsinə səbəb olub.
Yenixeber.org:  Ölkənin 14 vilayəti tozla əhatə olunub. Mərkəzi Əyalətdə havanın çirklənməsinin davam etməsi isə burada ofis və təhsil müəssisələrinin bağlanmasına gətirib çıxarıb.
Məlumata görə, iyulun 24-25-i 14 əyalət güclü külək, tozun artması və havanın keyfiyyətinin aşağı düşməsi səbəbindən sarı hava şəraiti altında olacaq. Bunlar Cənubi Xorasan, Şimali Xorasan, Rəzəvi Xorasan, Kirman, Sistan və Bəluçistan, Yəzd, Çaharməhal və Bəxtiyari, İsfahan, Səmnan, Qum, Mərkəzi, Tehran, Xuzistan və Buşəhr vilayətləridir. Meteorologiya təşkilatı bu əyalətlərdə tənəffüs yoluxucu xəstələrə, yaşlılara, uşaqlara və səhrada gəzintiyə çıxanlara lazımsız səyahətlərdən çəkinməyi tövsiyyə edib.
Şənbə günü incə toz axını və havanın çirklənməsinin pisləşməsi ilə əlaqədar olaraq, Mərkəzi Əyalət valiliyi bu vilayətin ofislərinin bağlandığını elan edib. Eyni zamanda, Qum əyalətinin fövqəladə işçi qrupu da bu əyalətdə iş vaxtını azaldıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam