Toz-dumanlı havanın səhhətimiz üçün TƏHLÜKƏSİ var?
"Azərbaycanda son 10 il ərzində ölkə ərazisinə toz-dumanların daxilolma intensivliyi ən azı 2 dəfə artıb"
Yenixeber.org: Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və Onun sözlərinə görə, ölkəmizə toz-duman tropik hava kütlələrinin təsiri ilə daha çox səhralıq ərazi olan Ərəbistan yarımadası və Şimalı Afrika üzərindən gəlir. Az-az hallarda isə Azərbaycana Orta Asiyadan toz-duman daxil ola bilər: "Lakin həmin zaman toz-duman Xəzər dənizi üzərindən keçdikdə zəifləyir və özünün təsirini azaldır. Ərəbistandan toz-duman gəldikdə isə duman xeyli ərazini əhatə edir".
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-kardioloqu Afiyəddin İsgəndərov Trend-ə bildirib ki, ölkə ərazisində tozla müşahidə olunan küləkli hava şəraiti həm meteohəssas, həm də meteohəssas olmayan insanlara, o cümlədən allergik riniti olan insanlara mənfi təsiri var: "Tozla müşahidə olunan hava şəraiti daha çox allerqik riniti olan insanlarda allergik problemlərin yaranmasına səbəb olur. Bundan başqa, küləyin, havanın temperaturunun birdən-birə 5-6 dərəcə aşağı düşməsinin stenokardik xəstələrinə də mənfi təsiri var. Buna görə meteohəssas, kardioloji problemi və allergik riniti olan insanlar belə hava şəraiti olduqda ev şəraitində olsunlar. Çünki stenokardik tutmaların əsas səbəblərindən biri də küləkli hava və temperaturun anidən dəyişməsidir. Küləkli havada atmosfer təzyiqi də dəyişir ki, bu da nəticə etibarı ilə arterial qan təzyiqinin dəyişməsinə və diskomfortun yaranmasına səbəb olur. Bu səbəbdən çox vacib olmadığı halda meteohəssas insanlar bu cür hava şəraitində çölə çıxmamalıdırlar. İkincisi, ən adi sıxıntıları olsa belə, mütləq sahə və ya müalicə həkimləri ilə əlaqə saxlamalı, qəbul qəbul edəcəkləri dərmanın dozasını onlarla məsləhətləşməlidirlər".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycana Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olması nəticəsində bu gündən başlayaraq, ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq müşahidə edilir. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində saat 09:00-da Bakı və Abşeron yarımadasında havada tozun miqdarı sanitar normadan 20, saat 12.00-da isə 25 faiz yuxarı qeydə alınıb.
Sabah da havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Ümumilikdə Azərbaycanda bütün zərərli atmosfer hadisələrinin, o cümlədən toz-dumanların intensivliyinin artdığını söyləyən M. Həsənov əlavə edib ki, təxminən 10 il əvvəl toz-dumanların baş verməsi hadisəsi 3-5 ildən bir və bir dəfə baş verirdisə, son 5 il ərzində demək olar ki, bu hadisələr hər il, il ərzində ən azı 2 dəfə olmaqla baş verir. Bundan əlavə, əvvəllər toz-dumanlar daha zəif olduğu halda, son illərdə tozun havadakı miqdarı artıb:
"Tozun havada elə həddi olur ki, ona dözmək mümkün olur. Ancaq indi tozun havadakı miqdar həddi dəfələrlə artır. Əgər havada tozun miqdarı 20 faizdən çox qeydə alınırsa, bunu artıq çox hesab etmək olar".
M.Həsəov bildirib ki, Azərbaycanda toz-dumanların qeydə alınması yalnız kənar müdaxilələrin nəticəsində baş verir.