İndoneziyada 5,6 maqnitudada zəlzələ baş verib
İndoneziyada 5,6 bal gücündə zəlzələ olub.
Yenixeber.org: Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 62 min 200 nəfər əhalisi olan Abepura şəhərindən 162 km cənub-qərbdə baş verib.
Zəlzələ ocağı yerin 49 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.