Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Çin Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi

Çinin Parisdəki səfirliyi Fransanın müxtəlif şəhərlərində davam edən iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. 

Yenixeber.org: Fransanın müxtəlif şəhərlərində zorakılıq və iğtişaşlar ilə əlaqədar Çin səfirliyi həmvətənlərinə ehtiyatlı olmağı, hadisələr baş verən ərazilərə getməməyi tövsiyə edib. 

Çinin Parisdəki səfirliyi və Fransanın müxtəlif şəhərlərindəki baş konsulluqları həmvətənlərinə ictimai təhlükəsizlik vəziyyətinə diqqət yetirməyi, fərdi mühafizəni və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün tədbirli olmağı məsləhət görüb. 

Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Cümə gecəsi baş verən toqquşma zamanı 249 polis və jandarm yaralanıb. 

“Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam