Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İranlı deputat:"Dərman qıtlığı problemi hərtərəfli böhrana çevriləcək"

 
“Dərman çatışmazlığının həlli düşünülməsə, bu, sosial, siyasi, iqtisadi, səhiyyə və tibbi böhrana çevrilə bilər”. İran parlamentinin Sağlamlıq və müalicə komissiyasının idarə heyətinin üzvü Məhəmməd Əli Bəndəpey İLNA agentliyinə müsahibəsində belə deyib.
Yenixeber.org: Bəndəpey hökumətin sosial təminat təşkilatına böyük borcunu və təşkilatın xəstəxanalara borcunu, o cümlədən ölkədə kifayət qədər dərman istehsalının olmamasını dərman böhranının ən mühüm amilləri adlandırıb.
“Ötən həftə bir sıra mühüm dövlət qurumlarının təmsilçilərinin işyirakı ilə ötən həftə keçirilən müşavirədə etiraf olundu ki, həll yolu düşünülməsə, bu məsələ siyasi, sosial-iqtisadi, səhiyyə və tibbi böhranına çevrilə bilər. Sosial Müdafiə təşkilatının xəstəxanalara 9 trilyon tümənlik, hökumətin isə bu quruma “on dəfələrlə” artıq borcu var. Hətta xəstəxanaların təcili yardım şöbəsində də dərman qıtlığı yaranır və insanlar dərmanı xəstəxanadan kənarda axtarmağa məcbur olurlar. Problemin əsas hissəsi kifayət qədər dərman istehsal olunmamasıdır, çünki dərmanların maya dəyəri təyin olunmuş qiymətdən bahadır”, - iranlı deputat vurğulayıb.
Humanitar malların, o cümlədən dərmanların idxalının ABŞ sanksiyalarından azad olunmasına baxmayaraq, ötən illər ərzində hökumət ölkədəki dərman böhranını həmin sanksiyalarla əlaqələndirir və sanksiyaların “adi insanları” hədəfə aldığını iddia edir.
Həmçinin Avropa ölkələri İranla humanitar malların ixracı üçün ABŞ-ın icazəsi ilə “İNSTEX” mexanizmini işə salsalar da, İran bu mexanizmdən istifadə etmədiyinə görə, ötən ilin martında onun fəaliyyətini dayandırdılar.
Bununla bağlı Fransa və Almaniyanın Xarici İşlər nazirliklərinin yaydıqları birgə bəyanatda İranın INSTEX mexanizmindən imtina etməsi Tehranın dərman və digər həyati əhəmiyyətli malların ixracı sahəsində əməkdaşlda öz xalqının mənafeyinə zidd siyasət seçdiyi kimi qiymətləndirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam