Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Turistlərin gedə bilmədiyi ÖLKƏLƏR

 

Dünya ölkələrini gəzmək, yeni ərazilər kəşf etmək bir çox insanın xəyalıdır. Lakin hər ölkəyə rahat şəkildə səfər etmək mümkün olmur və böyük maneələr ortaya çıxır. 

Yenixeber.org: Həmin ölkələrlə bağlı maraqlı məlumatları təqdim edirik:

 

Ətrafı dağlarla əhatə olunan Himalay ölkəsi - Butan 

Butanda ölkənin inkişafı iqtisadiyyatla yox, xalqının xoşbəxtliyi ilə ölçülür. Bu səbəbdən yerli hökumət xarici ziyarətçilərinə qarşı olduqca sərt siyasət yürütməklə ad çıxarıb. Butana fərdi turist səfərlərinə icazə verilmir. Oraya getmək istəyən şəxslər əvvəlcədən hansısa tur şirkəti ilə anlaşmalıdır. Bundan əlavə turistlər onlara rəhbərlik edəcək şəxslərə, müvəqqəti yerləşmək üçün məkanlara, yemək və nəqliyyat kimi məsələlərə pul ödəməlidir. Butan hökuməti yürütdüyü siyasətin ölkənin mədəniyyətini və ekologiyasını qorumağa hesablandığını iddia edir. 

Bruneyin yağış meşələri və təmiz sahilləri göz oxşayır. Ölkə şəriətlə idarə olunur. Xaricdən gələnlərin daxili qayda-qanunlara riayət etməsi mütləqdir. Dini şərtlər isə turistlər tərəfindən xoş qarşılanmır. 

  

Şimali Koreya 

Koreya Xalq Demokratik Respublikası sərt idarəçilik qaydaları ilə dünyada məşhurdur. Bu ölkəyə getmək asan məsələ deyil. Şimali Koreyanın rəsmi qurumları ölkəyə gələn turistlərin davranışlarını yaxından izləyir. Əcnəbilər Şimali Koreyada olarkən mütləq bu ölkənin adət-ənənələrinə hörmətlə yanaşmalıdır. 

 

Eritrea 

Eritrea "Afrika Buynuzu"nda yerləşir. Ölkə illərdir ki, siyasi qarışıqlıq içərisindədir. İfadə və hərəkət azadlığına sərt müdaxilə edən hakimiyyət media daxil olmaqla həyatın bütün sferalarına müdaxilə edir və insanların yaşam hüquqları qanununu kobud şəkildə pozur.  

Sözügedən ölkə müddətsiz davam edə bilən məcburi hərbi xidmət və mühakimə edilmədən saxlanılan bir çox siyasi məhkumla "zəngindir".

 

Suriya 

Bu ölkədə illərdir ki, qanlı döyüşlər gedir. Bir vaxtlar normal yaşayışın təmin olunduğu Suriya indi sözün əsl mənasında cəhənnəmi xatırladır. Ölkə faktiki olaraq iki hissəyə bölünüb. Vətəndaş müharibəsi, daxili toqquşmalar günümüzədək davam edir. Mövcud vəziyyətlə əlaqədar ölkə turist səfərlərinə qapalıdır. 

 

Türkmənistan  

Son illər Türkmənistanı ziyarət etmək xeyli çətinləşib. Bu ölkəyə turist kimi getmək istəyənlər fərqi qaydada yox, tur rəhbərlərinin müşayiəti ilə gəzintiyə çıxa bilər. Bildirilir ki, məqsəd xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunmasıdır.

 

Afrikanın incisi olan Somali 

Bu ölkədə 1991-ci ildən bəri vətəndaş müharibəsi gedir. Ölkədə mütəmadi olaraq silahlı toqquşma və terror hücumları yaşanır. Bu səbəbdən Somali dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur. Mövcud vəziyyətə görə, ölkəyə turist gəlmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam