Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ukrayna ordusu Baxmut istiqamətində hücuma keçib

"Baxmut istiqamətində Ukrayna hərbçiləri müdafiədən hücuma keçiblər. Son sutka ərzində müxtəlif ərazilərdə 1100 metrə qədər irəliləyiş qeydə alınıb". 

Yenixeber.org:Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu müdafiə nazirinin müavini Anna Malyar deyib. 

Onun sözlərinə görə, ukraynalı müdafiəçilər ötən sutka ərzində Baxmut istiqamətində müxtəlif hissələrdə 200 metrdən 1100 metrə qədər irəliləyiblər. Malyar qeyd edib ki, işğalçılar müdafiəyə keçib, öz mövqelərini qorumağa çalışıblar. Nazir müavininin qeyd etdiyi kimi, Rusiya qüvvələri qorunmaq üçün dərinliklərdən bu istiqamətə öz ehtiyatlarını tərtib edirlər. 

"Arxa hissələrdə bəzi yerlərdə "vaqnerit"lər qalır. Hazırda Rusiya Federasiyasının nizami ordusu hava hücumu bölmələrindən istifadə edərək hərbi əməliyyatlar aparır", - məlumatda deyilir.

Malyar izah edib ki, Ukrayna Silahlı Qüvvələri hazırlanmış istehkamlar sayəsində müdafiəni Baxmut istiqamətində saxlaya bilir. 

"Ətrafdakı bütün ərazi əslində möhkəmləndirilmiş ərazidir. İstehkam qoşunlarımızın qüvvələri və yerli hərbi idarələr tərəfindən əvvəlcədən hazırlanıb", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam