Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İran hökuməti aktyorlara ölkədən çıxmağı qadağan edib

Teokratik rejimin repressiya siyasətində ziyalılara və sənət adamalarına qarşı görülən məhdudiyyət tədbirləri xüsusi yer tutur. Bu dəfə belə siyasətin qurbanı bir qrup kino və teatr sənətçiləri olub.
Yenixeber.org: İran təhlükəsizlik qurumları xaricdə “Bəççe” tamaşasının nümayiş etdirilməsi üçün tanınmış kino və teatr aktrisası Fatimə Mötəmədaryanın öz qrupu ilə birlikdə ölkədən çıxışının qarşısını alıb. Nəticədə Avstriyanın paytaxtı Vyanada tamaşasının nümayişi ləğv edilib.
Foxanda keçirilən “Vaynerfest” festivalının təşkilatçıları tamaşasının ləğvinin məhz İran hökumətinin şounun baş aktrisası Fatimə Mötəmədaryanın ölkəni tərk etməsinə imkan vermədiyi ilə bağlı olduğunu bildiriblər.
Festivalın İnstaqram səhifəsində yerləşdirilmiş elanda təşkilatçılar İranın siyasi reallıqlarının iranlı sənətçilərin bu mədəni-bədii tədbirdə iştirakına mane olmasından təəssüfləndiklərini vurğulayıblar.
Rejissoru Əfsanə Mahiyan, ssenari müəllifi Nəğmə Səmini olan bu tamaşa dörd gecə Vyanada nümayiş etdirilməli idi. “Bəççe” tamaşasının aktyorlarından Mehran Nail də İnstaqram səhifəsində bir neçə gecə əvvəl “hava limanında” aktyorların getməsinin qarşısının alındığını yazıb.
İran hökuməti əvvəllər də sənətçilərin və məşhur simaların ölkəni tərk etməsinə mane olurdu. Lakin ötən ilin payızından, “Qadın, Həyat, Azadlıq” etirazlarından sonra bu şəxslərin ölkədən çıxışına qadağa qoyulması və pasportlarının müsadirə edilməsi hallarının sayı daha da artıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam