Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Alimlərdən xəbərdarlıq:Nyu-York batır...

Nyu-Yorkda (ABŞ) göydələnlərin çəkisi şəhəri daha da suyun altında batmağa məcbur edir.

Yenixeber.org: Bu barədə ABŞ Geoloji Xidmətinin alimlərinin apardığı yeni araşdırmadan məlum olub.

Ümumilikdə Nyu-Yorkda ümumi çəkisi təxminən 770 milyon ton olan bir milyona yaxın bina var. Bu yükə görə hər il şəhər bir-iki millimetr aşağı düşür, bəzi ərazilərdə isə proses daha sürətlə gedir.

Alimlər vurğulayırlar ki, rəqəmlər az görünsə də, suya tədricən yaxınlaşma metropolu təbii fəlakətlərə qarşı həssas edir. Xüsusilə Bruklin, Kuins və Aşağı Manhetten risk altındadır.

“Nyu-York böyük daşqın riski problemləri ilə üz-üzədir. Burada dəniz səviyyəsinin qalxması təhlükəsi Şimali Amerikanın Atlantik sahilləri boyunca qlobal orta göstəricidən üç-dörd dəfə yüksəkdir”, - deyə tədqiqatın müəllifi, geoloq Tom Parsons əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayında Milli Okean və Atmosfer Administrasiyası ABŞ-də dəniz səviyyəsinin yaxın 30 ildə son 100 ildəkindən daha çox artacağını, bu səbəbdən Nyu-York və Mayami də daxil olmaqla sahil şəhərlərinin daşqın təhlükəsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam