Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyanın oğlunu oğurlamaq istədilər -YENİLƏNİB

Ermənistan polisinə baş nazir Nikol Paşinyanın oğlunun oğurlanması cəhdi ilə bağlı məlumat daxil olub. 

Yenixeber.org:  Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin informasiya idarəsinin rəis müavini Edqar Canoyan məlumat verib. 

O qeyd edib ki, hadisə ilə bağlı lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan Respublikası İstintaq Komitəsinə göndərilib. 

***

16:26

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı yaşadığı evin qarşısında qaçırmağa cəhd ediblər.  

Modern.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti yazıb. 

İlkin məlumata görə, adam oğurluğuna cəhd edənlər “Oğulların çağırışı” adlı QHT-nin üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Baş nazirin oğlu qaçmaq istəyərkən, qrup üzvlərinin arxasınca gələn avtomobil onu vurub. 

Hadisə nəticəsində Aşot Paşinyan ayağından xəsarət alıb.  

İnsident törədən şəxslər ərazidən uzaqlaşıblar. A.Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam