Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Rusiya Kremlə hücum cəhdinə sözlə cavab verməyəcək -Lavrov

 "Rusiya Federasiyası Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücum cəhdinə danışmaqla deyil, konkret addımlarla cavab verəcək".

Yenixeber.org:  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Ukraynadakı problemləri yalnız Donbassdakı təmas xəttini “dondurmaqla” həll etmək olmaz. Zelenski hər şeyi edir ki, özünə hörmət edən hər hansı ölkə Ukrayna ilə ünsiyyət qurmaq istəməsin. ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutalardan istifadənin artırılması işi dayandırıla bilməz. İyun-iyul aylarında ŞƏT sammitinin keçirilməsi planlaşdırılır, qrafik yekunlaşdırılır. ŞƏT Nazirlər Şurasının iclası çərçivəsində həmsöhbətlərim Ukraynanın dronlarının Kremlə hücumunu pisləyib. Pakistan danışıqlar ərəfəsində birbaşa olaraq Kremlə hücumu pisləyib. ŞƏT Nazirlər Şurasında tərəflər ŞƏT-Əfqanıstan qrupunun işini aktivləşdirmək barədə razılığa gəliblər", - deyə Lavrov söyləyib. 

"ABŞ yenidən Əfqanıstanın işlərinə qarışmağa çalışır. Rusiya Federasiyası Vaşinqtonun Əfqanıstan ətrafındakı regiona ABŞ hərbi infrastrukturunu daxil etmək cəhdlərinə qarşı çıxacaq", - o əlavə edib. 

Qeyd edək ki, Kremlin iddiaları Ukrayna tərəfindən qəti şəkildə təkzib olunub. Rəsmi Kiyev Kremlə hücum barədə heç bir məlumata malik olmadığını bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam