Yenixeber.org: Geoffrey Hinton bu barədə "New York Times"a danışıb.
"Bu sahədəki inkişaflardan qaynaqlanan potensial təhlükələr səbəbiylə süni intellektdəki işimə görə peşmanlıq keçirirəm".
Süni intellektli çatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə edib.
Hinton şatbotun tezliklə insan beyninin bilik səviyyəsini üstələyə biləcəyinə işarə edib: "Hazırda gördüyümüz GPT-4 sahib olduğu ümumi məlumatların miqdarına görə insan beynini keçir və aradakı fərq getdikcə artır. Əsaslandırma baxımından o qədər də mükəmməl deyil, lakin o, sadə mülahizə yürütə bilir”.
Prosesin irəliləyiş tempini nəzərə alaraq kifayət qədər sürətlə inkişaf edəcəyini gözlədiyini qeyd edən Hinton bu səbəbdən narahatlıq keçirmənin lazım olduğunu bildirib.
O, süni intellektin “daha çox güc əldə etməliyəm” kimi potensial təhlükəsi olduğu barədə xəbərdarlıq edib. “İnkişaf etdirdiyimiz zəka tipinin sahib olduğumuz zəkadan çox fərqli olduğu qənaətinə gəldim” deyə Hinton vurğulayıb.
"Biz bioloji sistemlərik və bunlar rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə bioloji sistemlər arasındakı ən böyük fərq, sahib olduqları məlumatları başqa platforma və ya robota köçürə bilmələridir".
İstefasına gəlincə, bu addımı ilə yaşı ilə əlaqədar atdığını qeyd edib. "Google"un süni intellekt bölməsinin rəhbəri Ceff Din Hintonun istefası ilə bağlı verdiyi açıqlamada deyib: "Biz süni intellektə məsuliyyətlə yanaşmağa davam edirik. Yaranan riskləri anlamağa çalışarkən daim cəsarətlə yeniliklər edirik".
Süni intellektin atası:"Kəşfimdən peşmanam"
"Süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton bu sahədəki inkişafın "dəhşətli" olduğunu və peşmanlıq hissi keçirdiyi üçün "Google"dan istefa verdiyini açıqlayıb.